Bakıda maşın sürətlə parka girdi, sürücü tanınmaz hala düşdü - ŞOK VİDEO

Bakıda maşın sürətlə parka girdi, sürücü tanınmaz hala düşdü - ŞOK VİDEOBu gün səhər saatlarında Bakıda ağır qəza baş verib.

Unikal.org BAKU.WS-ə istinadən xəbər verir ki, hadisə Xəzər rayonu, Kənd qala qəsəbəsi yaxınlığında qeydə alınıb.

Belə ki, “Mercedes” markalı, 10 MG 342 nömrə nişanlı avtomobil yüksək sürətlə hərəkətdə olarkən dörd yol yaxınlığında parka girib.

Nəticədə avtomobil bir neçə maşını qırıb və ağacların arasında preslənib qalıb.

Maşının içində sürücü yaralı vəziyyətdə qalıb. Ətrafda olan insanlar yaralını maşından çıxarıblar və ilkin yardımdan sonra xəstəxanaya aparılıb.

Hadisənin görüntülərini təqdim edirik. Ürəyi zəif olanların videoya baxması məsləhət deyil.