İlham Əliyev və Azərbaycan ordusu - VİDEO

İlham Əliyev və Azərbaycan ordusu - VİDEO11 aprel 2019-cu ildə İlham Əliyevin növbəti dəfə Azərbaycan prezidenti seçilməsinin bir ili tamam olur.

Dövlət başçısının 12 ay ərzində hərbi sahədə gördüyü işlər, verdiyi tapşırıqlar və qurumların yaradılması ilə bağlı imzaladığı sərəncamlar, eləcə də, bu müddət ərzində alınan silahlar ordunun daha da gücləndirilməsinə hesablanıb.

Ötən il aprelin 30-da prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində yeni inşa edilmiş “Tufan” tipli sərhəd gözətçi gəmisi ilə tanış olub.