Müsahibə - İctimaixeber.com https://ictimaixeber.com/ tr Müsahibə - İctimaixeber.com DataLife Engine "Camaat müğənniləri harınlaşdırıb" - Nadir https://ictimaixeber.com/musahibe/2081-camaat-mnnilri-harnladrb-nadir.html https://ictimaixeber.com/musahibe/2081-camaat-mnnilri-harnladrb-nadir.html "Camaat müğənniləri harınlaşdırıb" - Nadir"Günah camaatın özündədir. Xalq özü müğənniləri harınlaşdırır, quduzlaşdırır".
Ictimaixeber.com-ın məlumatına görə, bu sözləri müğənni Nadir Qafarzadə "Ən yaxşısı" verilişində deyib. Sənətçi həmkarlarını təhqir edib. nadir evində saxladığı itdən də söz açıb:

"Evimdə it saxlayırdım. Ona bahalı yeməklər, paltarlar alırdım. Bir gün məni dişlədi. Yoldaşıma dedim ki, görürsən, qudurdu. İnsanda belədir. Heç kimi qudurtmaq lazım deyil".

Qafarzadə ifaçıların avtomobilini, evini tənqid etməsindən söz açıb:

"Bizə sual verirlər, danışırıq. Hərənin qismətinə bir şey yazılmış. Mənim qismətimdir, ev, maşın...".]]>
lennon Wed, 19 Jun 2019 11:16:52 +0100
"O qədər aciz deyiləm ki, kiminsə sevgilisini əlindən alım" - Aysel https://ictimaixeber.com/musahibe/2022-o-qdr-aciz-deyilm-ki-kimins-sevgilisini-lindn-alm-aysel.html https://ictimaixeber.com/musahibe/2022-o-qdr-aciz-deyilm-ki-kimins-sevgilisini-lindn-alm-aysel.html "O qədər aciz deyiləm ki, kiminsə sevgilisini əlindən alım" - Aysel"ATV maqazin onlarla" verilişinin "Onlarla 3 dəqiqə" rubrikasının qonağı müğənni Aysel Əlizadə olub.
Ictimaixeber.com-ın məlumatına görə, sənətçi sevgi haqda danışıb. Aysel "Döyürsə, deməks evir" sualına belə cavab verib:

"Özünü yekəxana aparan, "burada mənəm, Bağdadda kor xəlifə" deyənləri sevmirəm. Sevgi odur ki, qədrinə biləsən. Döymək də olur. Zərif cinsin nümayəndələrinin üstündə gücünü sınayanlar olur. Ana olmaq haqda çox düşünürəm.

O qədər aciz deyiləm kiminsə sevgilisini əlindən alım. Mənim sevgilimi əlimdən almasınlar, bəsimdir. Həyatım boyu kiminsə sevgilisini almaram, aciz qızların işidir. Bilib bilmədən danışılanlar incidir məni. İndiki zamanda ağ qara ləkə götürür".

Aysel "Porsche" markalı avtomobilinin ona hədiyyə olması haqda xəbərlərə münasibət bildirib:

"Avtomobilimi özüm almışam, 7 ildir onu sürürəm. Özüm özümə hədiyyə etmişəm. Allah qismət etsin, daha yaxşısını edim".

Qeyd edək ki, Turanə Nəcəfova adlı xanım "Səni axtarıram" verilişində "Yetim" ləqəbli biznesmen əri Elçinin Aysellə sevgili olduğunu iddia edib.
]]>
lennon Tue, 11 Jun 2019 07:15:38 +0100
"Gülyanağı qızımın toyuna çağırdım, gəlmədi" https://ictimaixeber.com/musahibe/1953-glyana-qzmn-toyuna-ardm-glmdi.html https://ictimaixeber.com/musahibe/1953-glyana-qzmn-toyuna-ardm-glmdi.html "Gülyanağı qızımın toyuna çağırdım, gəlmədi""Gülyanaq Məmmədovanı qızımın toyuna çağırdım. İstədim, gəlib məclisi "Mən bu ömrü elə-belə yaşadım" mahnısı ilə açsın, amma gəlmədi. Düşündük, kənardan səsi verək. Sonra dedim ki, gəlmirsə, lazım deyil".

Ictimaixeber.com xəbər verir ki, bu sözləri müğənni Mənzurə Musayeva "Ay Zaur" verilişində deyib. O, Xalq artisti Gülyanaq Məmmədovadan incidiyini etiraf edib. Sənətçi bildirib ki, həmkarını övladlığa götürdüyü qardaşı qızının toyuna çağırsa da, gəlməyib.

Mənzurə Əməkdar Artist Gülbahar Şükürlü ilə küsülü olduğunu da söyləyib:

"Bir dəfə toyda dedi ki, mən solo ifa edirəm, heç kim oxumasın. Həmin ərəfədə də mən səhnəyə çıxmalı idim. Oxuyanda nə olur ki? Burada nə var?".

Sənətçi ailəsinə özünün baxdığını deyib:

"Ailədə beş uşaq olmuşuq. Üç bacımın vəziyyəti yaxşı deyil. Birinin əri rəhmətə gedib, o birininki xəstədir. Hamısına mən baxıram. Nə edim, tək yeyim? Alınmır... İki qardaşımın vəziyyəti yaxşıdır, biri həkimdir.

Dörd evim var idi, ikisini satdım. İflas etmişdim. İndi cəmi iki evim qalıb. Biznesim də var idi, amma bağlandı".]]>
lennon Tue, 04 Jun 2019 11:22:11 +0100
Polisdən “Xaş-xaş 2019” ƏMƏLİYYATI: 80 kilo narkotik məhv edildi https://ictimaixeber.com/musahibe/1827-polisdn-xa-xa-2019-mlyyati-80-kilo-narkotik-mhv-edildi.html https://ictimaixeber.com/musahibe/1827-polisdn-xa-xa-2019-mlyyati-80-kilo-narkotik-mhv-edildi.html Polisdən “Xaş-xaş 2019” ƏMƏLİYYATI: 80 kilo narkotik məhv edildiŞəki şəhərində 80 kiloqrama yaxın narkotik məhv edilib.

Daxili İşlər Nazirliyindən Unikal.org-a verilən məlumata görə, “Xaş-xaş 2019” əməliyyat-axtarış və profilaktiki tədbirlər planına uyğun olaraq Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yabanı halda bitmiş narkotik tərkibli bitkilərin aşkar olunaraq məhv edilməsi istiqamətində əməliyyat tədbiri keçirilib.

Belə ki, rayonun Baş Göynük kəndində vətəndaşa məxsus 50 hektar bağ-əkin sahəsinin müxtəlif yerlərində yabanı halda bitən, çəkisi 80 kiloqrama yaxın 1532 ədəd narkotik tərkibli çətənə kolları aşkar olunaraq yandırılma yolu ilə məhv edilib.

Faktla bağlı araşdırma aparılır.]]>
lennon Wed, 29 May 2019 11:35:43 +0100
Məmmədkərimov: "Millidəki karyeramı başa vuracam" https://ictimaixeber.com/musahibe/1747-mmmdkrimov-millidki-karyeram-baa-vuracam.html https://ictimaixeber.com/musahibe/1747-mmmdkrimov-millidki-karyeram-baa-vuracam.html Məmmədkərimov: "Millidəki karyeramı başa vuracam"Ölkə kubokunu qazanan EKOL mövsümü titulla başa vurmağı bacardı. Final matçının ən yaxşısı seçilən Namiq Məmmədkərimov Futzal Federasiyasının mətbuat xidmətinə müsahibə verib:

- Final oyunu EKOL üçün gözləniləndən asan keçdi sanki…
- Əslində, biz finalda "Xəzər Cənub”la qarşılaşacağımızı gözləyirdik. Hazırlığımızı də ona uyğun keçmişdik. "Advokat” komandası İkinci Liqada çıxış etsə də, oyuna yanaşmamız dəyişməmişdi. Çünki final cəmi bir qarşılaşmadan ibarətdir və qalib gələn kuboka sahib çıxacaqdı. Təbii ki, rəqibimizə hörmətlə yanaşırdıq. Nə gizlədim, "Advokat”ın finalda oynaması mənim üçün sürpriz oldu. Onlar da son oyuna asan yolla gəlməmişdilər.

- Oyunun ən yaxşısı seçildiniz. Bu cür fərqlənmələr futzalçılara nə kimi motivasiya verir?
- Əlbəttə, istənilən idmançı üçün hansısa nominasiyanın qalibi olmaq, fərqlənmək sevidiricidir. Mən də final oyununun ən yaxşısı seçildiyim üçün qürur hissi keçirdim. Sözsüz, meydana çıxanda ilk işimiz hansısa nominasiyanın qalibi olmaq yox, komandanın uğur qazanmasına kömək etməkdir. Həm də bu cür nominasiyalar məsuliyyəti artırır və növbəti mövsümdə daha yaxşı oynamağa vadar edir.

- EKOL mövsümü titulla başa vurdu. Bürünc medal və ölkə kubokunu EKOL üçün uğurlu hesab etmək olarmı?
- Mövsümə başlayanda məqsədimiz mükafatçılar sırasında yer almaq idi. Biz də Yüksək Liqanın bürünc medalını qazandıq, ölkə kubokunun qalibi olduq. Məncə, komandamız üçün mövsümü uğurlu hesab etmək olar. Bu münasibətlə komanda yoldaşlarımı və rəhbərliyi təbrik edirəm.

- Bəs Yüksək Liqanın başa çatan mövsümü ancaq bürünclə yadda qaldı?
- Niyə ki? Oyunlar kifayət qədər maraqlı keçdi. Düzdü, zəif komandalar da vardı. Ancaq pley-off mərhələsi başqa aləm idi. Oyunlar gözləniləndən də gərgin keçdi. Bu ilə çempionluğu onu qazanan kollektiv asan əldə etmədi. Fikir verdinizsə, pley-off oyunlarına maraq da böyük idi. Azarkeşlərin sayı da xeyli dərəcədə artmışdı. Bunun səbəbi həm oyunların gərgin keçməsi, həm də CBC Sport kanalının artıq ikinci mövsümdür ki, oyunlarımızı canlı yayımlamasıdır. Bu kanalın kollektivinə təşəkkür edirik. Onlar bizdən az əziyyət çəkmirlər.

- EKOL qış fasiləsinə lider yollansa da, bunun davamını gətirə bilmədi. Qızıla gedən yolda komandaya nə çatmadı?
- Sona yaxın bir qədər gücümüz tükəndi. Heyətimizdə zədəli və cəzalı oyunçular oldu ki, çıxışımıza mənfi təsir göstərdi. Həm də EKOL pley-off-da çıxış edən komandalar arasında sırf yerli futzalçılardan qurulmuş yeganə kollektivdir.

- Karyeranla bağlı qərarın necədir: davam edirsən?
- Klubda çıxışımı davam etdirmək istəyirəm, etdirəcəm də. Ancaq milli ilə bağlı qərar verməliyəm. Rəhbərliklə və baş məşqçi ilə danışacam, çətin də olsa millidəki karyeramı başa vuracam. Artıq bütün diqqətimi klubumun çıxışına yönəldəcəm.
]]>
lennon Sun, 26 May 2019 11:47:56 +0100
"Homoseksuallar yataqlarını reklam etməsinlər" - Qalmaqallı müsahibə https://ictimaixeber.com/musahibe/1564-homoseksuallar-yataqlarn-reklam-etmsinlr-qalmaqall-msahib.html https://ictimaixeber.com/musahibe/1564-homoseksuallar-yataqlarn-reklam-etmsinlr-qalmaqall-msahib.html "Homoseksuallar yataqlarını reklam etməsinlər" - Qalmaqallı müsahibəTanınmış filosof Müşfiq Şükürovun bu yaxınlarda homoseksuallarla bağlı yazdığı status böyük rezonans doğurub. Ictimaixeber.com mövzunun aktuallığını nəzərə alaraq Müşfiq Şükürovun “Kulis”ə müsahibəsini təqdim edir:

- Statusunuzda homoseksualları linç etmisiniz, onlara yazığınız gəlir demisiniz. Axı Avropada heyvan haqları, insan haqları var. Sizin düşüncəniz kütlə düşüncəsinə bənzədi. Bir filosof kimi, aydın kimi niyə homoları cəmiyyətdən ayrı tutaq, təcrid edək?

- Əvvala sualın özünə diqqət edək. Mənim statusumda linç yoxdur. Homoseksuallığı seksual, psixoloji, estetik pozğunluq adlandırmışam və bu da doğrudur. Hardadır burda linç? Mənim etirazım homoseksuallığı təbliğ etmək və azlığın xətri üçün çoxluğun mədəniyyətini transformasiya etməklə bağlıdır ki, onlar istəklərinə nail olurlar. Haqlarında obyektiv bir söz yazılan kimi adamı "homofob" deyə damğalayırlar və jurnalistlər də "niyə linç edirsiniz onları?" kimi sual verir. Buna etiraz edirəm mən. Təbii ki, yaşamalıdırlar, hər hansı anomaliya kimi. Amma normallıq və hətta bəyənilən bir həyat tərzi kimi təbliğ olunmamalıdırlar. Bunu indi Qərbin qanunlarında, filmlərində, mahnılarında, şou-biznesində görmək olar. Klan olurlar artıq. Öz dəyərlərini sətiraltı və sətirüstü təbliğ edirlər. İlk statusum Google-nin yeni transgender emojiləri ilə bağlı oldu əslində. Niyə bir kimsə demir ki, cinsiyyəti bilinməyən emojilər pedofiliyanın təbliğidir? Amma feministlər və homoseksualların etirazına görə transgender emojilər yaradırlar. Azlıq çoxluğun mədəniyyətinə etiraz edir və bu qəbul edilir. Mənim səsim çıxanda, olur "linç etmək".

- Homolara niyə yazığınız gəlir?

-Yazığı gəlmək də pis şey oldu indi. Yazığı gəlmək - mərhəmətli olmaq deməkdir. Cəmiyyət onlara qarşı mərhəmətli olmalıdır. Çünki anomaliyadırlar və çoxluğun içində, daxillərində çoxlu suallarla yaşamalı olurlar. Və bu ağırdır. Standartlar dünyada normallıq, çoxluq üçün yaradılır. Və normala uyğun gəlməyənlərə mərhəmətlə yanaşmalıdır cəmiyyət. Amma onlara xoş olsun deyə onları norma adlandırmamalıdır. Ziddiyyətlidir həyat. Ziddiyyəti yeni ziddiyyət yaratmaqla həll etmirlər. Fəsad yaranar, daha böyük. Məsələn, boyu çox kiçik və boyu çox böyük adamlara da mərhəmətlə yanaşılmalı. Olduğu kimi. Cəmiyyət nə edə bilər bu halda? Linç etməlidir? Bir çox işlərə ala bilməyəcəklər onları, obyektiv olaraq. Məsələn, avtobus sürücüsü ola bilməyəcəklər və s. Yəni deməyim odur ki, anomaliyalara mərhəmətlə yanaşılmalıdır.

- Mentalitetimiz homoluğu dışlayır, dinlər isə cəzalandırır, hətta yandırır. Bəs onlar insan deyillərmi? Onların da yaşamaq hüququ yoxdur?

- Onlar insandırlar, təbii. Yaşamaq haqları da var. Amma biz indi bir ifratdan digər ifrata varırıq. Əvvəllər məsələn, sovet hakimiyyəti dövründə homoluq cinayət sayılırdı. Orta əsrlərdə linç edilirdilər. Mentalitetimiz orta əsrlərin dini görüşlərinə bağlıdır. O səbəbdən də dışlayır. Lakin onları reabilitasiya etmək, onları norma elan etməklə olmamalıdır, mənim fikrimcə. Məsələn, mən istəmərəm ki, mənim uşaqlarıma homo müəllimlər dərs desin. Məktəbdə, uşaq bağçasında. Cinsiyyəti bəlli olmayan zahiri görkəmdə "kişi" personajların tv-lərdə populyarlaşdırılması da normal bir şey deyildir, fikrimcə. Bir sözlə, gənc nəslə təsir etməsinlər. Onlar bunu "genetik" falan elan etsələr də, bəllidir ki, təbliğatla da insanların psixikası pozula bilir. Antik dövrdə Yunanıstanda, Romada bu bir zamanlar çox yayılmışdı. Normal qəbul edilirdi az qala. Karyera qazanmaq üçün də şərt idi. Məsələn, Yuli Sezarın misalında olduğu kimi. Yaşasınlar. Amma təqibdən çıxıb çoxluğun mədəniyyətini təqib etməsinlər. Bilirsiniz, Avropada artıq bəzi dərsliklərdə "ata-ana" əvəzinə "birinci-ikinci partnyor" yazılmasına nail olmuşlar. Xətirlərinə dəyirmiş. Bəs, mənim hüquqlarım? Mən ana və ata demək istəyirəm.

- Bəs nə təklif edirsiniz ki, onların hüquqları pozulmazın, eyni zamanda diksriminasiya halında yaşamasın? Çıxış yolu varmı?

- Bilirsiniz, ağrıları olacaq onların. Bir neçə homoseksual aktyorun və yazarın həyatını oxumuşam. Ağrı acı, depressiya onların həyatlarının arxa fonunda həmişə qalacaq. Normadan fərqlənmək, bu dünyada bütün təzahürlərində ağrılı-acılıdır. Məsələn, doğmamamış qadın və ya ata ola bilməmiş yaşlı kişinin ağrısı-acısı yoxmu? Quranda yaşlı İbrahim Allaha yalvarır övlad üçün. Bu şeyləri anlayırıq əlbəttə ki. Amma qaş düzəltdiyimiz yerdə vurub göz çıxarmalı deyilik. Müəyyən diskriminasiya həmişə qalacaq. Sıxıntı hiss edəcəklər. Bu, ekzistensialdır, qaçınılmazdır. Amma cəmiyyət bir kimsəni fərqli olduğuna görə təqib etməli deyil. Mərhəmətlə yanaşmalıdır. Bu yanaşmanı dəyişə bilərik. Seksual pozğunluqdur homoseksuallıq. Məsələn, zoofiliya və pedofiliya kimi təhlükəli pozğunluq deyil, nisbətən təhlükəsiz pozğunluqdur. Təqib etmək də lazım deyil onları. Amma, məsələn, cəmiyyətin rifahı naminə pedofilləri və zoofilləri təqib edib aşkara çıxarmalıyıq. Belə baxanda, onların da təqsiri yoxdur. Özlərindən asılı deyil. Amma cəmiyyətin çoxluğunun rifahını düşünməliyik, elə deyilmi? Dünyadır burası.

- LGBT deyir, homoseksuallıq təbiət hadisəsidir. Sizcə, homoseksuallıq yarımçıqlıqdır?

- Doğa bilmirlər, təbii ki, pozğunluqdur, yarımçıqlıqdır. Seksin nəticəsi övladdır. Sadəcə həzz alırlar. Ona görə də deyirlər ki, övlad əsas deyil seksdə. Amma fetişizm də seksual həzzdir. Əşyalarla. Nə edək? Dünyanı yenidən dizayn edək onların xətri üçün?

- O zaman belə çıxır ki, aktiv həyatdan onları uzaqlaşdıraq...

- Niyə ki, onların arasında istedadlı, həssas adamlar çoxdur. Sənətkarlar, aktyorlar, yazarlar çıxır onlardan. Dəyərlərini təbliğ etməsinlər. Yataqlarını reklam etməsinlər. Seksual həyat zatən gizli qalmalı bir şeydir. Digər insanlar kimi aktiv olsunlar. Özəl imtiyaz istəməsinlər cəmiyyətən.

- Buddizim homoseksuallığa necə baxır?

- Buddizmdə seksin özü həyatın acısı kimi dəyərləndirilir. Seks övlad deməkdir. Doğulma deməkdir. Doğulmaq isə əzablı həyata gəlməkdir. Buddaçı özünü kamilləşdirmək istəyir ki, bir daha bu əzablı həyata gəlməsin. Bilirsiniz, karma qanununa görə, insan dəfələrlə həyata qaytarılır, ta kimi kamilləşənə qədər. Yəni missiyası bitənə qədər. Əzab da onu kamilliyə qovan bir qırmancdır. Odur ki, buddizm həyatın özünə soyuq yanaşır. Seksə də. Evlənmirlər onlar, adətən. Amma buddist cəmiyyətlərdə yalnız monaxlar belə yaşayır. Normal insanlar evlənirlər, doğub törəyirlər. Və o cəmiyyətlərdə təbii olaraq, seksual pozğunluqları alqışlamırlar. Bu artıq cəmiyyətin özünü müdafiə instinkti ilə bağlıdır. Amma buddizmin ana kitabı Dhammapadada homoseksualların təqibi barədə ayə falan yoxdur.]]>
lennon Tue, 14 May 2019 16:20:51 +0100
Elxan Ələkbərov: “4S” şirkəti olaraq “Caspian Agro” sərgisində innovativ yeniliklər təqdim edəcəyik https://ictimaixeber.com/musahibe/1527-elxan-lkbrov-4s-irkti-olaraq-caspian-agro-srgisind-innovativ-yeniliklr-tqdim-edcyik.html https://ictimaixeber.com/musahibe/1527-elxan-lkbrov-4s-irkti-olaraq-caspian-agro-srgisind-innovativ-yeniliklr-tqdim-edcyik.html Elxan Ələkbərov: “4S” şirkəti olaraq “Caspian Agro” sərgisində innovativ yeniliklər təqdim edəcəyikHər il olduğu kimi, bu il də mayın 15-17-də Bakı Ekspo Mərkəzində regionun ən genişmiqyaslı və ən çox ziyarət edilən sərgilərindən biri - 13-cü “Caspian Agro” sərgisi keçiriləcək. Azərbaycanın aqrar sektorunun ən iddialı şirkətləri sırasına qısa müddət ərzində daxil olan “4S” şirkəti olaraq artıq ikinci dəfə bu sərgidə iştirak edəcəyik.

“4S” şirkətinin direktoru Elxan Ələkbərov deyib: "Bu il biz rəsmi tərəfdaşımız olan Almaniyanın "CLAAS" şirkətinin əsas yeniliyi olan yüksək keyfiyyətli yem tədarükündə əvəzedilməz "JAGUAR" silosbiçən kombaynının imkanlarını nümayiş etdirmək üçün onu həm canlı olaraq göstərəcəyik, həm də kombaynı idarə etmək istəyənlərə 3D eynəkləri vasitəsilə xüsusi virtual tur imkanı yaradacağıq. Siz özünüzü kombaynın daxilində hiss edəcək, onun aqreqatları və mühüm funksiyalarına sözün hərfi mənasında "toxuna" biləcəksiniz. Əminəm ki, bu səyahət sizin üçün unudulmaz olacaq".

“Buna paralel "AQROSALON 2018" sərgisinin bürünc mükafatçısı olan texnikanın məsafədən diaqnostikasını həyata keçirən "CLAAS REMOTE SERVICE" (CRS) proqramını təqdim edəcəyik. Bu yenilik bu ildən başlayaraq "AXION" traktorunda, həm "JAGUAR" silosbiçən kombaynında, həm də digər texnikalarda tətbiq ediləcək. Bu proqramın üstünlüyü ondan ibarətdir ki, ekspluatasiya və diaqnostika ilə bağlı məlumatları servis mərkəzinə ötürərək yarana biləcək problemləri dəfələrlə tez həll etməyə imkan verir. Bu texnologiyanı biz "CLAAS" stendindəki "EASY" rəqəmsal həllər zonasında təqdim edəcəyik. Siz stendimizdə, eyni zamanda, həm GPS naviqasiya terminalları və "TELEMATICS" tətbiqi ilə tanış ola biləcəksiniz”, - deyə o bildirib.

“Daha bir diqqətçəkən məqam sərgidə yüksək keyfiyyətli yem tədarükü üçün texnikaların təqdimatı, “NEXOS” bağ və üzümçülük üçün nəzərdə tutulmuş traktoru, "ROLLANT UNIWRAP" press bağlayıcısı, geniş çaplı “DISCO 9200” və 3200 qoşmaları, "AXION 850" modelli traktorun istismarı incəlikləri və tənzimləmələri ilə bağlı xarici ekspertlərdən dolğun informasiya almaq imkanı olacaq”, - deyə E.Ələkbərov qeyd edib.

O vurğulayıb ki, “4S” şirkəti olaraq digər rəsmi tərəfdaşımız olan ABŞ-nın "LINDSAY" şirkətinin stendində müasir suvarma avadanlığı ilə bağlı innovativ həllər, məsafədən idarəetmə sistemlərini nümayiş etdiriləcək. Xüsusən ekspertlərdən "FieldNET" distant idarəetmə sistemi ilə bağlı ətraflı məlumat almaq mümkün olacaq ki, burada sektorunda ilk dəfə olaraq "LINDSAY" şirkəti öz dairəvi suvarma sistemlərini idarə edən naqilsiz şəbəkəsini təqdim edəcək. "FieldNET"in üstünlükləri bununla bitmir, daha detallı məlumat üçün stendimizi ziyarət etməyi tövsiyə edirəm.

LINDSAY şirkətinin daha bir məhsulu olan – "Pivot Control" innovativ kontrolleri mövcud olan istənilən elektrik pivot suvarma sistemini modernləşdirə və universallaşdıra biləcək unikal bir həlldir. Bu platformanın tətbiqi ilə idarə etmə rahatlaşır, effektivlik isə bir neçə dəfə artır.

“Açıq pavilionda isə biz “4S” şirkəti olaraq əməkdaşlıq etdiyimiz digər brendlərdən İspaniyanın "ID-DAVID", Almaniyanın "AMAZONE" şirkətlərinə məxsus kənd təsərrüfatı avadanlıqları nümayiş etdirəcəyik. Sizi mayın 15-17-də Bakı Ekspo Mərkəzində bizim stendləri ziyarət etməyə dəvət edirik”, - deyə o bildirib.

"4S" MMC, Səbail dairəsi Salyan yolu 14.

Əlaqə: *3131

“Facebook”: https://www.facebook.com/ssss.az/

info@ssss.az

www.ssss.az]]>
lennon Mon, 13 May 2019 15:16:33 +0100
Şahin İsmayılov: Azərbaycanın mötəbər tədbirlərə uğurla ev sahibliyi etməsi bəzi məkrli qüvvələri ciddi şəkildə narahat edir https://ictimaixeber.com/musahibe/1522-ahin-smaylov-azrbaycann-mtbr-tdbirlr-uurla-ev-sahibliyi-etmsi-bzi-mkrli-qvvlri-ciddi-kild-narahat-edir.html https://ictimaixeber.com/musahibe/1522-ahin-smaylov-azrbaycann-mtbr-tdbirlr-uurla-ev-sahibliyi-etmsi-bzi-mkrli-qvvlri-ciddi-kild-narahat-edir.html Şahin İsmayılov: Azərbaycanın mötəbər tədbirlərə uğurla ev sahibliyi etməsi bəzi məkrli qüvvələri ciddi şəkildə narahat edirMayın 29-da Bakıda UEFA Avropa Liqasının final oyunu keçiriləcək. Bütün dünyanın diqqəti paytaxtımıza yönələcək. Lakin Azərbaycanın bu böyük idman yarışına ev sahibliyi etməsi, ümumiyyətlə, ölkəmizdə mötəbər beynəlxalq tədbirlərin uğurla keçirilməsi bəzi məkrli qüvvələri ciddi şəkildə narahat edir. Odur ki, onlar ölkəmizə qarşı çirkin kampaniyaya başlayıblar. Biz bundan əvvəlki illərdə də belə hallarla üzləşmişik. Xüsusilə də “Avroviziya” musiqi yarışması, birinci Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları zamanı Azərbaycana qarşı mərkəzləşdirilmiş hücumların şahidi olmuşuq. Bu hücumların məqsədi Azərbaycanın beynəlxalq imicinə zərər yetirmək, bu tədbirlərin keçirilməsinə kölgə salmaqdır.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Milli Məclisin deputatı Şahin İsmayılov deyib.

Şahin İsmayılov qeyd edib ki, Böyük Britaniyanın Xarici İşlər Nazirliyi də daxil olmaqla, bir sıra instansiyalar idmana heç bir aidiyyəti olmayan, qərəzli və reallıqdan uzaq subyektiv mülahizələr irəli sürür, beynəlxalq ictimaiyyətdə bu mühüm idman tədbirinin Azərbaycanda keçirilməsinin məqsədəuyğun olmadığı barədə rəy formalaşdırmağa çalışırlar. Bir neçə məqamı xatırlatmaq yerinə düşər. Çox səyahət edən insanlar bilirlər ki, Böyük Britaniyanın paytaxtı London şəhəri dünyanın ən bahalı şəhərləri sırasındadır. Burada nəqliyyat, otellər kifayət qədər bahadır və bu göstəricilərinə görə London dünyada on ən bahalı şəhər sırasındadır. Böyük Britaniya XİN-in açıqlamasında Azərbaycan, onun paytaxtı Bakı şəhərinin səfər etmək üçün çox bahalı şəhər olmasının qeyd edilməsi gülməlidir. Azərbaycan kifayət qədər beynəlxalq tədbirin, xüsusilə də idman yarışlarının keçirdiyi bir ölkədir.

“Azərbaycan böyük təcrübəyə malikdir. Bakı şəhəri artıq dünyada idman tədbirlərinin geniş keçirildiyi şəhərlər sırasındadır. İndiyə qədər heç vaxt Azərbaycanda böyük yarışların keçirildiyi zaman hər hansı təşkilati, kriminal problemə rast gəlinməyib. Həmin yarışlarda onlarla ölkənin nümayəndələri iştirak edib, on minlərlə tamaşaçı olub. Bu yarışların heç birində hər hansı xoşagəlməz hadisənin şahidi olmadıq. Ölkəmiz beynəlxalq tədbirlərə kifayət qədər məsuliyyətlə yanaşır. Bizim bu sahədə çox böyük təcrübəmiz var”, - deyə Milli Məclisin deputatı bildirib.

Ş.İsmayılov qeyd edib ki, son zamanlar Bakıya səyahət edən turistlərin söylədiyi fikirləri nəzərə salsaq, onların razı qaldıqlarını görərik. Azərbaycana gələn turistlər ölkəmizə yenə qayıdırlar. Bu da turizm nöqteyi-nəzərdən ölkəmizin cəlbediciliyini göstərir.

Digər məsələ isə “Arsenal” klubunun erməni əsilli futbolçusu Genrix Mxitaryanın Azərbaycanda guya təhlükəsizliyi ilə bağlı problemlə üzləşə biləcəyi məsələdir. Bu da tam əsassızdır. Avropa Oyunları zamanı erməni əsilli idmançı Ukrayna milli komandasının heyətində fəxri kürsüyə qalxanda Prezident İlham Əliyevin böyük bir jest olaraq mükafatı ona təqdim etməsini xatırlamaq kifayətdir. Erməni əsilli idmançılar hər zaman Bakıda böyük tədbirlərdə, dünya çempionatlarında iştirak ediblər və onların təhlükəsizliyi ilə bağlı hər hansı bir problem olmayıb. Genrix Mxitaryan buraya gələcəyi təqdirdə onun da təhlükəsizliyi ilə bağlı hər hansı bir problem yaşanmayacaq.

“Əfsuslar olsun ki, biz bu cür hallara öyrəşmişik. Ölkəmizin güclənən mövqeyi, uğurları dostlarımızı sevindirir, düşmənlərimizi qıcıqlandırır. Gözügötürməyən qüvvələr ölkəmizdə beynəlxalq tədbirlər keçirilən zaman öz şəbəkələrini işə salaraq Azərbaycana qarşı ciddi qarayaxma kampaniyası həyata keçirmək istəyirlər. Amma əminəm ki, Azərbaycana səfər edəcək və bu futbol yarışının təşkilatçılığından razı qalacaq ingilis azarkeşlər ölkəmizdən xoş təəssüratlarla qayıdacaqlar. İngilis azarkeşlər dünyanın ən çətin azarkeşləri sayılır. Onların müxtəlif ölkələrə səfəri zamanı çoxlu xoşagəlməz halların, hətta bəzən ölüm hadisələrinin də şahidi oluruq. Əminəm ki, bizim aidiyyəti qurumlarımız bu halların yaşanmaması üçün öz peşəkarlığını göstərəcək və bu yarış yüksək səviyyədə keçiriləcək. Azərbaycan idman ölkəsidir. UEFA Avropa Liqasının final oyunu da ən yüksək səviyyədə keçiriləcək”, - deyə deputat qeyd edib.]]>
lennon Mon, 13 May 2019 15:14:07 +0100
"Vəzifəm anamın, bacımın yanında olmaq idi" - Mahir https://ictimaixeber.com/musahibe/1504-vzifm-anamn-bacmn-yannda-olmaq-idi-mahir.html https://ictimaixeber.com/musahibe/1504-vzifm-anamn-bacmn-yannda-olmaq-idi-mahir.html [b][/b]"Vəzifəm anamın, bacımın yanında olmaq idi" - Mahir]]> lennon Sun, 12 May 2019 12:52:18 +0100 Rəhmanov səhhətində yaranan problemdən danışdı https://ictimaixeber.com/musahibe/1484-rhmanov-shhtind-yaranan-problemdn-dand.html https://ictimaixeber.com/musahibe/1484-rhmanov-shhtind-yaranan-problemdn-dand.html Rəhmanov səhhətində yaranan problemdən danışdıƏməkdar artist Rəhman Rəhmanov səhhətində yaranan problemlə bağlı danışıb.

Aktyor Ictimaixeber.com-a açıqlamasında bildirib ki, səhhətindəki problemlər 6-7 il əvvəldən başlayıb:

“Artıq 15 ilə yaxındır ki, şəkər xəstəliyindən əziyyət çəkirəm. 6-7 ildir ayağımda ciddi problemlər yaranıb.

Dəfələrlə müalicə almışam, yenə də problemlər təkrarən ortalığa çıxır.

Xəstəxanaya heç vaxt getməmişəm, getmək də istəmirəm. Yalnız evdə müalicə alıram. Çünki mənə yalnız evdə yaxşı baxa bilərlər. Həkimlərin nəzarətindəyəm. Mütəmadi olaraq, gəlib mənə sistemlər köçürür, iynələr vururlar. Axşam həkimim gəlib bir daha səhhətimi müayinə edəcək.

Ümid edirəm ki, hər şey yaxşı olar”.

10:57

Abdulla Şaiq adına Dövlət Kukla Teatrının aktyoru, Əməkdar artist Rəhman Rəhmanovun səhhətində ciddi problem yaranıb.

Yayılan xəbərə görə, Rəhmanovun ayaqları tutulub.

Aktyor hazırda ev şəraitində müalicə alır.

Ictimaixeber.com-ın əməkdaşı Rəhman Rəhmanovla əlaqə yaratmağa çalışsa da, onun telefonuna zəng çatmayıb.

Qeyd edək ki, bir neçə gün öncə 62 yaşı tamam olan Əməkdar artist şəkər xəstəliyindən əziyyət çəkir.]]>
lennon Fri, 10 May 2019 13:12:24 +0100