Bakı metrosunda özünü qatar yoluna atan şəxsin kimliyi bəlli oldu - YENİLƏNİB

Bakıda metrosunda özünü qatar yoluna atan şəxsin kimliyi məlum olub.

İctimaixeber.com xəbər verir ki, həmin şəxs polis əməkdaşları tərəfindən 1 saylı şəhər Kliniki Xəstəxanasına aparılıb.

Əldə etdiyimiz məlumata görə, sözügedən şəxs 1988-ci il təvəllüdlü Şükürov Tural Sahib oğludur. Baş gicəllənməsi ilə həkimə müraciət edən T.Şükürov bildirib ki, özünü stansiya yoluna atmaq fikri olmayıb. Hadisə onun müvazinətini itirməsi nəticəsində baş verib.