Paytaxt küçələrində Prezident İlham Əliyevin qələbəsi qeyd olunur (FOTO

Paytaxt küçələrində Prezident İlham Əliyevin qələbəsi qeyd olunur (FOTO
]
Paytaxt küçələrində Prezident İlham Əliyevin qələbəsi qeyd olunur.

Trend xəbər verir ki, bu barədə sosial şəbəkələrdə videogörüntülər yayılıb.

Məlumata görə, paytaxt sakinləri ABŞ-nin “Oracle Advisory Group” təşkilatı Azərbaycanda növbədənkənar Prezident seçkilərinin ilk “exit-poll” nəticələrini elan etdikdən sonra, bu xəbəri coşqu ilə qarşılayaraq avtomobillərinə Azərbaycan Bayrağını sancaraq qələbə yürüşü ediblər.

Qeyd edək ki, ABŞ-nin “Oracle Advisory Group” təşkilatı Azərbaycanda növbədənkənar Prezident seçkilərinin “exit-poll” nəticələrini elan edib. Təşkilatın əsas tərəfdaşı George Birnbaum bildirib ki, seçicilərin 93,9 faizi İlham Əliyevə səs verib.