Türkiyə səfirliyi Bakıda sexdəki partlayışda ölənlərlə bağlı başsağlığı verib

Türkiyə səfirliyi Bakıda sexdəki partlayışda ölənlərlə bağlı başsağlığı verib

Türkiyənin Azərbaycandakı səfirliyi Bakıda sexdəki partlayışda ölənlərlə bağlı başsağlığı verib.

Ictimaixeber.com xəbər verir ki, bu barədə səfirlik sosial şəbəkə hesablarında məlumat yayıb.

"Bu gün Bakı şəhəri, Binəqədi rayonunda mebel/boya sexində partlayış baş verməsi bizi kədərləndirdi. Partlayış nəticəsində həyatını itirən qardaşlarımıza Allahdan rəhmət, yaxınlarına səbir və başsağlığı, yaralananlara isə tezliklə şəfa diləyirik", - məlumatda deyilir.