Yaxın zamanda Laçın-Kəlbəcər magistral internet xəttinin tikintisinə start veriləcək

Yaxın zamanda Laçın-Kəlbəcər magistral internet xəttinin tikintisinə start veriləcək

Yaxın zamanda Laçın-Kəlbəcər magistral internet xəttinin tikintisinə start verilməsi gözlənilir.

Ictimaixeber.com xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Aztelekom” MMC-nin baş direktor vəzifəsini icra edən Tural Pirverdiyev “ASAN Radio”nun canlı efirində deyib.

Onun sözlərinə görə, artıq Xocalı-Xankəndi magistral internet xəttinin tikintisinə başlanılıb: “Xocalı şəhərinə artıq prefiks təyin olunub. Böyük Qayıdış planına uyğun olaraq oraya köçürüləcək sakinlər yüksək sürətli optik internetlə təmin olunacaq".

T. Pirverdiyev qeyd edib ki, Xankəndində ilk nömrənin tanıdılması baş verdi: "Orada fəaliyyət göstərən dövlət və qeyri-dövlət təşkilatları internetlə təmin olunub. Gələcəkdə abonentlərin genişzolaqlı internet xidməti ilə təmin olunması üçün lazımı avadanlıqlar yerləşdirilib. Eyni zamanda Şuşa şəhərində 500, Laçın şəhərində isə 1 246 təsərrüfata genişzolaqlı internet şəbəkəsinə çıxış imkanı təmin olunub”.