Şuşaya yol çəkilir - VİDEO

Füzuli rayonunun Əhmədbəyli kəndindən Şuşaya avtomobil yolunun çəkilişinə başlanıb.


İctimaixeber.com məlumatına görə, Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları Qarabağın gözü hesab edilən Şuşa şəhərinə yolun çəkilməsi işlərini sürətlə aparırlar.


Qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib ki, 101,5 kilometr uzunluğu olacaq yolun layihələndirmə işləri aparılıb və işlərə start verilib.


Anar Nəcəfli bildirib ki, hava şəraiti nəzəra alınmaqla Şuşaya çəkilən yolun tam olaraq bir il yarıma yekunlaşması planlaşdırılır. Onun sözlərinə görə, 27-28 il düşmən tapdağında olan və bərbad vəziyyətə salınan digər azad edilən rayonlara da yeni yolların çəkilməsi planlaşdırılır.


Qeyd edək ki, həmin layihələr də işlənib hazırlanıb və mərhələli şəkildə azad olunmuş rayonlara yolun çəkilişinə başlanacaq.