“ASAN xidmət” Beynəlxalq Autizm Məlumatlandırma Gününü fərqli qeyd edib

5 saylı Bakı, həmçinin İmişli və Sabirabad "ASAN xidmət” mərkəzlərinin təşəbbüsü, "Birgə və Sağlam” İctimai Birliyinin tərəfdaşlığı ilə 2 aprel Beynəlxalq Autizm Məlumatlandırma Günü ilə əlaqədar tədbir təşkil olunub.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, tədbir çərçivəsində autizmli şəxslərlə birgə bərabər müxtəlif oyunlar keçirilib, xor şəklində nəğmələr oxunulub, əyləncəli vaxt keçirilib.

Həmçinin vətəndaşlar arasında sorğu keçirilib, məlumatlandırma işləri aparılıb.