ŞAD XƏBƏR! Bu rayonlara da 190 manatlıq yardım veriləcək - RƏSMİ AÇIQLAMA

190 manatlıq birdəfəlik ödəmərin nə vaxt verilməsi hazırda əhalini düşündürən suallardandır desək yanılmarıq.

İctimaixeber.com xəbər verir ki, bu barədə açıqlama verən Prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov deyib ki, iki üç gün ərzində ödənişlər başlayacaq.Hissə-hissə qısa müddətdə sıxlıq yaratmamaq şərti ilə ödənişlər veriləcək.
“ Yenidən karantin rejimi tətbiq olunan ərazilərdə 190 manat birdəfəlik ödəmənin verilməsi müzakirə olunacaq və yaxın zamanda bununla bağlı müzakirələrin nəticəsi məlum olacaq. Artıq yeni 8 rayonla bağlı müzakirələr aparılır və qərar qəbul olunacaq."

Qeyd edək ki, sərt karantin rejimi Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları daxil olmaqla, Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda 2020-ci il 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək uzadılıb.