Şəhid Xəyyam Daşdəmirovun foto stendi yol kənarında quraşdırıldı - FOTO

Rafiq Xəlil - Bu bizim vətənimiz qarşısında, şəhidlər qarşısında bir borcumuzdur.

Bu gün İsmayıllı rayonunun Balik kəndində Şəhidimiz Xəyyam Daşdəmirovun foto stendi yol kənarında quraşdırıldı.
Xatırladaq ki, Xəyyam Məhəmməd oğlu Daşdəmirov 2002-ci fevralın 22-də ildə İsmayıllı rayonunun Balik qəsəbəsində anadan olub. 2020- ci ilin aprel ayında İsmayıllı rayonu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən həqiqi hərbi xidmətə yola salınmışdır. Azərbaycan Silahlı Qüvvələrinun əsgəri Xəyyam Daşdəmirov 2020-ci il 12 iyul tarixində Tovuz istiqamətində olan döyüşlərdə şəhədlik zirvəsinə ucalmışdır. İyulun 13-də Xəyyam Daşdəmirov, doğulduğu İsmayıllı rayonunun Balik qəsəbəsində dəfn olundu. Onunla vida mərasiminə kənd sakinləri, ailəsi, yaxınları və ordunun zabitləridə qatıldı.

Qarabağ döyüşçüsü, sahibkar, Rafiq Xəlil “İctimaixeber.com” informasiya portalına öz müsahibəsində bildirdi:

- Allah vətən uğrunda canından keçən bütün şəhidlərimizə rəhmət eləsin! Bu işin ərsiyə gəlməsində bizə kömək olan hər kəsə təşəkkür edirəm. Bu bizim vətənimiz qarşısında, şəhidlər qarşısında bir borcumuzdur. Allah hər birinizdən razı olsun. “Reklam Aləmi” şirkətinin rəhbəri Elnur Orcucova, stendə yazılan şeirin müəllifi Şairə Südabə Abdulrızaqova, “Ümüd Xeyriyyə Cəmiyyəti” nin rəhbəri Raya Məlikovaya, Pünhan Abdullazadə, Rüfət Xələfov, “İctimaixeber.com” informasiya portalının xüsusi muxbiri, jurnalist Yeganə Telmanqızına, şairə- jurnalist Esmira Rəcəbliyə öz təşəkkürümü bildirirəm.

Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!

Yeganə Telmanqızı
“İctimaixeber.com”