Dünyanın ən bahalı qoyunu fantastik qiymətə satıldı

O, rekord qiymətə - 367,5 min funt sterlinqə (828,308 AZN) satılıb.

Böyük Britaniyada dünyanın ən bahalı qoyunu satılıb.

İctimaixeber.com xəbər verir ki, oyun Şotlandiyada “Scottish National Texel Sale” auksionunda hərrəca çıxarılıb.

“Double Diamond” (İkiqat brilliant) ləqəbli qoyun ilk dəfə 10,5 min funt sterlinqə (23,665 AZN) təqdim edilib.

Əvvəlki rekord 2009-cu ildə Şotlandiyanın Lanark şəhərində auksionda 231 min funt sterlinqə (520,650 AZN) satılan qoçun qiyməti olub.