60 yaşlı kişi dəm qazından zəhərləndi

Goranboy rayonunda zəhərlənmə hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə Tapqaraqoyunlu kəndində qeydə alınıb.

1960-cı il təvəllüdlü kənd sakini Faiq Əzizov dəm qazından zəhərlənib. Zəhərlənən şəxs xəstəxanaya yerləşdirilib.