Sumqayıt şəhərində şadlıq sarayında yanğın baş verib

Sumqayıt şəhərinin 17-ci mikrorayonunda yerləşən "Gold Palace" şadlıq sarayında yanğın qeydə alınıb.

İctimaixeber.com xəbər verir ki, yanğın şadlıq sarayının çardağında tüstü təmizləyici kömür qurğusunda başlayıb.

Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin 3 texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğın dərhal söndürülərək şadlıq sarayının dam örtüyünə və digər sahələrinə yayılmasının qarşısı alınıb.

Xəsarət alan olmayıb.