"Qarabağ"dan daha bir qələbə

Azərbaycan Premyer Liqasında XVIII turun son oyunu keçirilib.

İctimaixeber.com xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda "Qarabağ" və "Sumqayıt" komandaları üz-üzə gəlib. Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 49-cu dəqiqədə Mahir Emreli vurub.

Bu qələbə sayəsində xalını 41-ə çatdıran lider "Qarabağ" yenidən ən yaxın izləyicisi "Neftçi"ni 8 xal geridə qoyub. "Sumqayıt" isə 22 xalla 4-cüdür.