Əhalinin 126 milyon manat borcu silindi - ŞAD XƏBƏR

Əhalinin 126 milyon manat borcu silindi - ŞAD XƏBƏR


Azərbaycanda problemli kreditlərin həlli ilə bağlı Maliyyə Nazirliyi və Maliyyə Bazarlarına Nəzarət Palatasının birgə əməkdaşlığı nəticəsində əhaliyə 629 milyon manat kompensasiya ödənilib.

Bunu birinci vitse-prezidentin köməkçisi Emin Hüseynov bildirib. Onun sözlərinə görə, bu vəsait 8 tranş nəticəsində ayrılıb.

“Bu pulun bir hissəsi birbaşa əhaliyə çatıb, bir hissəsi isə vətəndaşların borclarının bağlanılmasına sərf olunub.

Nisbət təxminən 50/50-yədir. Bundan başqa, yığılmış cərimələr, dəbbə pulları var idi ki, silinib, bunların da məbləği 126 milyon manatdan çox idi”, – E.Hüseynov vurğulayıb.