Şuşada xidmətini yekunlaşdıran hərbçilər tərxis olunur - RƏSMİ

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Azərbaycan Respublikası vətəndaşlarının 2021-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında" müvafiq sərəncamının icrası Azərbaycan Ordusunda davam edir.

Müdafiə Nazirliyindən bildirilib k, 2020-ci il oktyabrın 30-dək "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ehtiyata buraxılırlar.