Efirdə Baloğlanın mahnısını yarımçıq kəsdilər - BU SÖZLƏRİNƏ GÖRƏ - FOTO

Efirdə Baloğlanın mahnısını yarımçıq kəsdilər - BU SÖZLƏRİNƏ GÖRƏ - FOTO
#ŞOU-BİZNES#MARAQLI#CƏMİYYƏT#MƏDƏNİYYƏT#MÜĞƏNNİ

Əməkdar artist Baloğlan Əşrəfov "Hər şey daxil" verilişindı sovet hakimiyyəti dövründə onlara efirdə qoyulan senzuradan bəhs edib.

Ictimaixeber.com xəbər verir ki, müğənni ifa etdiyi məşhur "Uçan quşlar" mahnısını efirdə ifa etdiyi zaman bənddəki bəzi ifadələrə görə yarıda saxladıldığını açıqlayıb.

Baloğlan həmin anı belə xatırlayıb:
"1982-ci ildə bu mahnımı mən ilk dəfə efirdə oxumuşam. Qəribə bir hadisə baş verdi. "Səhər görüşləri" verilişində mən o mahnını oxuyanda "Sizi and verirəm o etdiyiniz ziyarətə", saxladılar. "Sən hansı ziyarətdən danışırsan?" dedilər. Dedim "Ziyarət deyəndə Kərbəlaya, Məşhədə nəzərdə tuturam". Mənə o mahnının sözlərini dəyişməyə vadar etdilər. Heç yadıma da salmaq istəmirəm bu sözləri hansı ifadələrlə əvəz etmişdim mahnıda. Sovet höküməti dağılan kimi onları təzədən bərpa etdim".