“Açıq-saçıq görüntülərdən bezmişəm” - Nigar Camal

“Açıq-saçıq görüntülərdən bezmişəm” - Nigar CamalMüğənni Nigar Camal "Atv maqazin onlarla" proqramına açıqlama verib.
Kainat axşam.az-a istinadən bildirir ki, yeni klip çəkdirdiyini deyən ifaçı ekran işində açıq-saçıq görüntülərin olmayacağını söyləyib:

"Belə görüntülərdən bezmişəm. Tamaşaçı da bezib. Artıq hər şey adiləşib".

O, açıqlamalarına bəstəkarlardan narazı olması ilə davam edib:

"Bəstəkarlarımız tənbəldirlər, zəif işləyirlər. İstədiyimi etmirlər, əsəbiləşirəm. Çoxu musiqiçi də deyil, musiqi məktəbi bitirməyib. Bəziləri üçün normaldır, amma istədiyimi onlardan ala bilmirəm".