Xalq artisti Ağakişi Kazımov xəstəxanaya yerləşdirilib

Tanınmış rejissor, Xalq artisti Ağakişi Kazımov xəstəxanaya yerləşdirilib.

İctimaixeber.com xəbər verir ki, sənətçinin həyat yoldaşı, Əməkdar artist Mehriban Abdullayeva deyib ki, Ağakişi Kazımov insult keçirib və hazırda 6 saylı Birləşmiş Şəhər Xəstəxanasında reanimasiyada müalicə olunur. Xalq artisti ötən il noyabrın 28-də ad günündə yıxılıb. Ondan sonra yüngül insult keçirib. Elə o vaxtdan vəziyyəti pisləşməyə başlayıb.

Qeyd edək ki, Ağakişi Kazımov 1987-ci ildə Əməkdar İncəsənət xadimi, 2000-ci ildə Xalq artisti fəxri adlarına layiq görülüb. Prezident təqaüdçüsüdür.