Aygün Kazımovanın gizli saxladığı fotolarını icazəsiz yaydılar - VİDEO

Aygün Kazımovanın gizli saxladığı fotolarını icazəsiz yaydılar - VİDEOÖzümə söz vermişəm ki, bundan sonra planlarımı heç yerdə və heç kəsə açıqlamayacağam. Çünki nəyi açıqlayıramsa, planlarım həyata keçmir.

Bu sözləri Ictimaixeber.com-a açıqlamasında Xalq artisti Aygün Kazımova deyib.

Yeni fotosessiya etdirən müğənni hər vəchlə həmin görüntüləri gizlətsə də, fanatlarının yeni fotosessiyadan olan kadrları əldə edərək səhifələrdə paylaşması heç də Xalq artistinin ürəyincə olmayıb. Elə bu səbəbdən də məşhur fanatlarını tənbeh edib.

“Yeni fotossesiyamız oldu. Bir neçə obrazlarla kamera önünə keçdim. Bu layihəmdə səbəbsiz deyil. Hamısını yaxın zamanda görəcəksiniz. Fotosessiyadan görüntüləri fanatlarım hər yerə yaydı. Biz onlara xəbərdarlıq edə bilmədik. Bir tək “Instagram”ımın “tarix” bölümündə paylaşmaqla şəkilləri götürüb, yaydılar”.

Kazımovanın tədbirə geyindiyi gümüşü rəngdə, dəyəri 9180 manatlıq kostyumu isə xüsusi diqqət çəkib. Belə ki, Xalq artisti eyni geyimi bir müddət öncə İstanbulda keçirilən “Altın Kelebek” mükafatlandırma gecəsinə geyinmişdi.