Bu ilin martından qəzetlərə maliyyə ayrılması şərtləri dəyişir - VİDEO

Bu ilin martından qəzetlərə maliyyə ayrılması şərtləri dəyişir - VİDEO
20-dən çox qəzetə Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu tərəfindən ayrılan maliyyə yardımının dayandırılacağı barədə məlumat həqiqəti əks etdirmir

Bu barədə REAL-a Fonddan bildirilib. Sadəcə olaraq, 2019-cu ilin 2-ci rübdə qəzetlərin maliyyələşməsi haqqında qaydalar müzakirəyə çıxarıldıqdan sonra qərar qəbul edildi ki, 10 ildir KİVDF tərəfindən maliyyə yardımı alan qəzetlərin tirajı minimum 5 min olmalıdır.

Əvvəl bu tələb 2500 idi. Bundan başqa qəzetlərin yayımının mindən iki minə çatdırılması barədə də qərar qəbul olundu. Hansı qəzetlər qoyulan bu tələblərə uyğun gələcəksə, onlara maliyyənin ayrılması davam etdiriləcək.

Eləcə də xarici dildə yayımlanan, tirajı 3000-dən az olmayan, hər buraxılışından ən azı 1500 nüsxəsi satılan və ya abunə yolu ilə yayılan ictimai-siyasi qəzetlər də maliyyə yardımı ala biləcəklər. Qəzetlərə maliyyə yardımının ayrılması ilə bağlı qərar martın sonunda veriləcək.