“İsrafil Hüseynov” gəmisində baş vermiş partlayışda yaralananlar xüsusi təyyarə ilə xəstəxanalara çatdırılacaqlar

“İsrafil Hüseynov” gəmisində baş vermiş partlayışda yaralananlar xüsusi təyyarə ilə xəstəxanalara çatdırılacaqlarİtaliyanın “Saipem” şirkəti “İsrafil Hüseynov” gəmisində baş verən partlayışla əlaqədar yeni məlumat yayıb.

Şirkətdən AZƏRTAC-a bildirilib ki, “İsrafil Hüseynov” gəmisində baş vermiş hadisədə yaralanmış “Saipem” şirkətinin 11 əməkdaşı ( o cümlədən Azərbaycan vətəndaşları) Türkiyə, İtaliya, Fransa və Böyük Britaniyadakı xəstəxanalara çatdırılması “Medevac” xüsusi avadanlıqla təchiz olunmuş təyyarə ilə “Saipem” tərəfindən təşkil olunacaq. Digər, daha yüngül xəsarət almış 3 əməkdaşın müalicələrinin davam etdirilməsi üçün öz vətənlərinə göndərilməsi nəzərdə tutulub.