Quba rayonunda evdə baş verən yanğın nəticəsində bir nəfər xəsarət alıb

Quba rayonunda evdə baş verən yanğın nəticəsində bir nəfər xəsarət alıbQuba rayonunda ümumi sahəsi 240 kvadratmetr olan ikimərtəbəli, altı otaqdan və aynabənddən ibarət evdə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, hadisə nəticəsində ev 120 kvadratmetr sahədə yanıb. Yanğın zamanı bir nəfər xəsarət alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub, alov söndürülüb.

Bundan başqa, nazirliyin 112 – “qaynar” telefon xəttinə Bakının Suraxanı rayonunun Hövsan qəsəbəsində dənizdə (nəzarətsiz ərazidə) şəxsiyyəti bilinməyən bir nəfərin meyitinin sudan çıxarılmasına kömək göstərilməsi üçün müraciət daxil olub. Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin hadisə yerinə cəlb edilən xilasetmə qüvvələri cəsədi sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.