Kür çayının Salyan məntəqəsində suyun səviyyəsi 13 santimetr artıb

Kür çayının Salyan məntəqəsində suyun səviyyəsi 13 santimetr artıbEkologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçayda sululuq ongünlük normadan çox olmaqla normanın 110, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçayda sululuq ongünlük normadan az və normaya yaxın olmaqla 60-80, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay, Vəşərüçay və Viləşçayda isə sululuq ongünlük normaya yaxın və normadan çox olmaqla 90-120 faizini təşkil edir.

Departamentdən AZƏRTAC-a bildiriblər ki, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 5 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 110 kubmetrə bərabərdir. Bu da ongünlük normadan az olmaqla onun 37 faizini təşkil edir.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 11 santimetr artım qeydə alınıb. Hazırda məntəqədə su sərfi saniyədə 76 kubmetr təşkil edir. Bu da ongünlük normadan az olmaqla onun 52 faizinə bərabərdir.

Araz çayının Qıvraq məntəqəsində suyun səviyyəsi dəyişməyib. Hazırda məntəqədə su sərfi saniyədə 26 kubmetrdir. Bu da ongünlük normadan az olmaqla onun 26 faizini təşkil edir.

Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 12 santimetr azalaraq 363 sm təşkil edib. Şirvan məntəqəsində suyun səviyyəsi 6 santimetr artaraq 85 santimetrə bərabər olub. Salyanda suyun səviyyəsi 13 santimetr artıb və 85 santimetr olub. Bankə məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayaraq 167 santimetr təşkil edib. Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsi 3 santimetr azalaraq 50 santimetrə bərabər olub.