Səhiyyə Nazirliyi Masallıda avtoqəza ilə bağlı ilkin məlumat yayıb

Səhiyyə Nazirliyi Masallıda avtoqəza ilə bağlı ilkin məlumat yayıbMasallı rayonunda yük maşını ilə “Mercedes Vito” markalı mikroavtobus toqquşub və hadisə nəticəsində 8 nəfər ölüb. Ölənlərdən 2-si qadın, 3-ü kişi və digər 3-ü məktəblidir.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bir nəfər müxtəlif dərəcəli xəsarətlə Masallı Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Hadisə zamanı xəsarət alan qadının 24 yaşı var. O, hazırda reanimasiyadadır.