Bakıya "Avro 5" standartlarına cavab verən avtobuslar gətirildi

Bu gündən 38 nömrəli müntəzəm marşrut üzrə istismarda olan avtobusların bir qismi yenilənəcək.
İctimaixəbər.com xəbər verir ki, Bakı Nəqliyyat Agentliyindən xətt üzrə sərnişindaşıma fəaliyyəti göstərən “General Avto Kompani” firması tərəfindən 10 ədəd yeni “İsuzu Citibus” markalı avtobus gətirilib. "Avro 5" standartlarına cavab verən bu avtobuslar, sərnişinlərə göstərilən xidmətin keyfiyyətinin artırılmasına imkan verir.

Yeni avtobuslardan fiziki imkanları məhdud şəxslər, eləcə də uşaq arabası ilə olan sərnişinlər rahat istifadə edə biləcək. Bunun üçün avtobuslarda xüsusi mexanizm quraşdırılıb.