Milli Məclisə namizəd Tural Zeynalov Qarabağ qazisinin yaşadığı şəraitlə yaxından tanış oldu- FOTO+VİDEO

Dünən saytımızın redaksiyasına bir video çəkiliş göndərilib.

Azərbaycan tarixinin şanlı səhifələrindən biri də bugünkü və gələcək nəsillərə örnək olan Vətənin igid oğullarının respublikamızın ərazi bütövlüyü uğrunda keçdiyi döyüş yoludur. Bu döyüş yolunda onların hər biri silaha sarılaraq canlarından keçirlər.
09 fevral 2020-ci il tarixdə keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etmək üçün, 99 saylı Şəmkir Seçki dairəsindən namizədliyi qeydə alınmış Tural Allahverdi oğlu Zeynalov 23.01.2020-ci il tarixində Şəmkir rayonu Şiştəpə kəndində yaşayan Qarabağ qazisi Rəhman Oruc oğlu Vəliyevin yaşadığı evin qonağı oldu və qazinin yaşadığı şəraitlə yaxından tanış oldu. Qazi Rəhman Vəliyevin yaşadığı ev (buna ev demək olarsa) bərbad vəziyyətdədir. Tural Zeynalov ailəyə müəyyən qədər ərzaq yardımı edib.
Şəmkir rayonu icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov və kəndin icra nümayəndəsi Novruz Hüseynov Qarabağda sağlamlığını itirən qazisinin yaşam şəraitinə belə laqeyd yanaşırlar.

“Şəmkir Xeyriyyəçilər Birliyi”nin üzvü olan, indiyə kimi adı çəkilən qurumun çoxsaylı xeyirxah işlər görməsində lazımi dəstəyini göstərən, hal-hazırda Milli Məclisə namizəd Tural Zeynalov hər zamanki kimi xeyirxahlıq və humanist addım ataraq qazinin yaşam şəraiti ilə tanış oldu bizləridə tanış etdi.
Qarabağ uğrunda gedən döyüşlərdə qəhrəmanlıq nümunəsi göstərən və qazi zirvəsinə yüksələn oğullarımızdan biri olan Rəhman Vəliyev bu şəraitdə yaşamamalıdır. Dövlət başçımız cənab İlham Əliyev hər zaman deyir ki, “dövlət tərəfindən, xüsusi dövlət və özəl qurumlardan müharibə əlillərinə hər zaman çox böyük və xüsusi diqqət, qayğı göstərilməlidir. Onları incitməməlidirlər, onların hüquqları pozulmamalıdır.
Mövzuya bir daha qayıdacayıq.

Sizi Şəmkir rayonu Şiştəpə kənd sakini Qarabağ qazisi Rəhman Vəliyevin yaşadığı evlə və yaşadığı şəraitlə tanış etmək istəyirik.

Yeganə Telmanqızı
“İctimaixeber.com”

Milli Məclisə namizəd Tural Zeynalov Qarabağ qazisinin yaşadığı şəraitlə yaxından tanış oldu- FOTO+VİDEO
Milli Məclisə namizəd Tural Zeynalov Qarabağ qazisinin yaşadığı şəraitlə yaxından tanış oldu- FOTO+VİDEO