Qadın və uşaq məhkumların sayı açıqlanıb (FOTO)

Qadın və uşaq məhkumların sayı açıqlanıb (FOTO)

Cəzaçəkmə müəssisələrində cəza çəkən qadın və yetkinlik yaşına çatmayan məhkumların sayı məlum olub.
Trend-in məlumatına görə, bu barədə qadın və yetkinlik yaşına çatmayan məhkumlar üçün yeni inşa edilən penitensiar müəssisəsinə Ədliyyə Nazirliyi tərəfindən təşkil olunan mediatur zamanı məlumat verilib.
Bildirilib ki, 4 saylı cəzaçəkmə müəssisəsində 426 qadın, yetkinlik yaşına çatmayanların Tərbiyə Müəssisəsində isə 21 məhkum cəza çəkir.