Səhiyyə Nazirliyindən enerji içkiləri ilə bağlı vacib XƏBƏRDARLIQ

Səhiyyə Nazirliyindən enerji içkiləri ilə bağlı vacib XƏBƏRDARLIQ

Enerji içkilərinin gündəlik qəbulu normadan artıq olduqda ürək ritmini pozur, hüceyrələrin artıq impulslardan oyanması baş verir və ürəkdə ciddi problemlər, ölümcül aritmiyalar yaranır.
Ictimaixeber.com xəbər verir ki, bu barədə nazirliyin feysbuk səhifəsində məlumat paylaşılıb.
Qeyd edilib ki, bu içkilər uşaqların, yeniyetmələrin inkişafında da problemlər yaradır. 22 yaşdan aşağı olanlar isə enerji içkilərini qəbul etməməlidilər. Enerjili içkiləri orqanizmdə D vitamininin mənimsənilməsinin qarşısını alır.