Surət Hüseynovun cənazəsi Bakıya gətiriləcək - FOTOLAR

Surət Hüseynovun cənazəsi Bakıya gətiriləcək - FOTOLAR

Azərbaycanın keçmiş baş naziri Surət Hüseynovun cənazəsi gecə saatlarında Bakıya gətiriləcək.

Ictimaixeber.com-un məlumatına görə, onun nəşi müayinə olunduqdan sonra yenidən Gəncə şəhərinə aparılacaq. Surət Hüseynovla Gəncədə İsmət Qayıbov küçəsində yerləşən yaşadığı evdə vida mərasimi keçiriləcək.


Daha sonra isə anası və atasının məzarının yanında dəfn olunacaq.

Xatırladaq ki, ötən gün 64 yaşlı keçmiş baş nazir İstanbuldan Moldovaya gedərkən səhhəti pisləşib. O, Türkiyədə xəstəxanada vəfat edib.