Ərdoğan Türkiyədə hicaba dair Konstitusiya təminatının yaradılmasını irəli sürüb

Ərdoğan Türkiyədə hicaba dair Konstitusiya təminatının yaradılmasını irəli sürüb

Prezident qeyd edib ki, hicab seçimi insanın şəxsi hüququdur

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə qadınların hicab taxmasına dair Konstitusiya təminatının yaradılmasını irəli sürüb.

Ictimaixeber.com "Anadolu"ya istinadən xəbər verir ki, Malatya şəhərində dövlət əhəmiyyətli obyektlərin açılışında iştirak edən Türkiyənin dövlət başçısı Cumhuriyyət Xalq Partiyasının qanunlara qadınların hicab taxıb və ya taxmamasına dair iradə azadlığını nəzərdə tutan dəyişikliklərin edilməsi təklifinə münasibət bildirib.

“Biz qadınlarımızı heç vaxt hicablı və ya örtüksüz olaraq təsnif etməmişik, lakin hələ də onların şüurunda bu ayrı-seçkiliyin öhdəsindən gələ bilməmişik. Bu məsələ cansıxıcıdırsa, referenduma çıxaraq, parlamentdə bu məsələ həll olunmursa, xalq qərar versin", - Ərdoğan deyib.

Prezident onu da qeyd edib ki, hicab seçimi insanın şəxsi hüququdur.

Qeyd edək ki, Türkiyədə uzun müddət qadınların məktəblərdə və ictimai təşkilatlarda baş örtüyü taxmasına qadağa tətbiq edilib.