HƏMAS: İsrail öz əməlləri ilə Oslo razılaşmasına son qoyub

HƏMAS: İsrail öz əməlləri ilə Oslo razılaşmasına son qoyub

HƏMAS-ın hərbi qanadı İzzəddin Qəssam Briqadaları bəyan edib ki, İsrail öz tətbiqləri ilə Oslo razılaşmasına son qoyub.

ictimaixeber.com xəbər verir ki, İzzəddin Qəssam Briqadaları komandirinin müavini Mervan İsa HƏMAS-a bağlı Əl-Əqsa televiziyasına açıqlama verib.

Fələstin Azadlıq Təşkilatı ilə İsrail arasında 1993-cü ildə imzalanan Oslo müqaviləsinin Təl-Əviv rəhbərliyinin tətbiqləri səbəbindən sona çatdığını ifadə edən İsa, “gələcək günlər qeyri-müəyyən hadisələr törödəcək”-deyə qeyd edib.

İşğal altında olan Şərqi Qüdsdəki Məscidül-Əqsanın mövcud status-kvonundakı hər hansı bir dəyişikliyin bölgədə “zəlzələ effekti” yaradacağına dair xəbərdarlıq edən İsa, Fələstində bütün bölgələrdə “müqavimət”in aktivləşdirilməsinin vacibliyini və bunun maddi və mənəvi olaraq dəstəklənməsinin vacibliyini vurğulayıb.