Zelenski Makronla bunları müzakirə etdi

Zelenski Makronla bunları müzakirə etdi

Ukrayna Prezidenti Volodimir Zelenski Telegram kanalında fransalı həmkarı Emmanuel Makronla bir saat yarımlıq söhbət zamanı onunla ölkənin NATO-ya üzv olmadan əvvəl təhlükəsizlik zəmanəti alması “zərurətini” müzakirə etdiyini bildirib.

"Ictimaixeber.com" xarici KİV-ə istinadən xəbər verir ki, həmçinin, tərəflər Makronun Çinə səfərinin nəticələrini və NATO-nun Vilnüsdə keçiriləcək sammitini müzakirə ediblər.