Türkiyənin 4 hərbçisi İraqda terrorçuların hücumu nəticəsində həlak olub

Türkiyənin 4 hərbçisi İraqda terrorçuların hücumu nəticəsində həlak olub

İraqın şimalında keçirilən "Pəncə-Kilid" antiterror əməliyyatı bölgəsində terrorçular Türkiyə hərbçilərini atəşə tutub.

Ictimaixeber.com xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Məlumata əsasən, terrorçuların hücumu nəticəsində 2 hərbçi hadisə yerində həlak olub, daha 3 hərbçi isə yaralanıb.
Yaralanan həbçilər xəstəxanaya yerləşdirilib. Onlardan ikisinin həyatını həkimlərin bütün səylərinə baxmayaraq xilas etmək mümkün olmayıb.