Tanınmış hüquqşünas Əkbər Yusifoğlunun təqdimatında "Qanun və İcra" verlişi

07 dekabr saat 14:30-da "Dünya TV"-nin canlı efirində ekranlarınızın qonağıdır.

Tanınmış hüquqşünas Əkbər Yusifoğlunun təqdimatında "Qanun və İcra" verlışıni 07 dekabr tarixində həftənin şənbə günü saat 14:30-da canlı yayımda, verlişin təkrarı isə bazar günü saat 14:30-da "Dünya TV"-nin efirində nümayiş etdiriləcək.
Bu dəfə "Qanun və İcra" verlışındə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144-1-ci “İnsan alveri” maddəsi təhlil ediləcəkdir.
Azərbaycan Respublikası və digər dövlətlərin qanunvericiliyində insan alveri ilə bağlı normativ hüquqi aktların izahı, habelə mövzudan kənar istənilən digər hüquqi məsələnin həlli üçün dəyərli oxucularımız və tamaşaçılarımız verlişimizə suallar ünvanlaya bilərlər. Müvafiq sahənin mötəbər ekspertləri və hüquqşünaslar sizin suallarınızı cavablandıracaqlar.

Bu dəfəki verlişimizin qonaqları:
1. Əjdər Cavadov – Vəkillər Kollegiyasının üzvü.
2. Sevinc Salehli – Psixoloq.
3. Ülviyyə Murtuzaova – Ailə məsələləri üzrə ekspert.
4. Sədaqət Paşayeva – Hüquq müdafiəçisi.
5. Vüqar Zeynallı – Miqrasiya məsələləri üzrə ekspert.

Yeganə Telmanqızı
“İctimaixəbər.com”