Şəhidlər bizim millətimizin iftixarıdır

Vətən yolunda şəhid olanlar ölmürlər, xalqın qəlbində, ürəyində əbədi yaşayırlar...

Xocavənd rayonunun Qaradağlı kəndindən kiçik bir məlumat verim. Dağlıq Qarabağ münaqişəsiinin başlandığı ilk günlərdən bu kəndin sakinləri dəhişətli hadisələrlə üzləşmişdir. 1991-ci ildən erməni qəsbkarları tez-tez Xocavənd rayonuna və onun kəndlərinə hucuma keçirdilər, evləri yandırırdılar, insanları vəhşicəsinə öldürürdülər. Xocavənd kəndi işğal edildikdən sonra Qaradağlı mühasirəyə düşdü. 15-dən artıq ermənilərlə yaşayan kəndin əhatəsində idi. Yerli kənd sakinlərindən ibarət özünəmüdafiə dəstələri yaradıldı. Fevralın 17-də 366-cı motoatıcı alayın bir qrup heyəti bir neçə isdiqamətdə Qaradağlıya sonuncu dəfə hucuma keçdilər.
Sizləri Qaradağlı kəndində yaşayan Qarabağ müharibəsində iki şəhid vermiş Axundovlar ailəsinin şəhidləri ilə tanış edəcəm. Axundovlar ailəsinin ilk verdiyi şəhid Məxmər Məcid qızı Hüseynova olmuşdur. O, 1928-ci ildə Xocavənd rayonunun Qaradağlı kəndində doğulmuşdur. Gülərüz, mehriban, zəhmətkeş, dəfələrlə fəxri fərmanlarla təltif edilmiş sağıcıydı. Məxmər ana çox çətinliklərlə, zəhmətlə yeganə oğlu Elmazı böyüdüb boya-başa çatdırmışdır. Qaradağlı kəndindən 3 km aralıda, keçmiş Vərəndəli kəndinin ərazisində yerləşən N.Nərmanov adına kolxozun mal-qara fermasında sağıcı işləyib.
1991-ci il 28 iyun... İsti yay günlərinin biri idi. Fermanın 6 nəfər işçisi öz işlərini bitirib onlara ayrılan otaqda söhbət edirdilər. Elə bu zaman əli silahlı erməni düşmənləri fermadakı mal-qaranı aparırlar. Evin içərisinə girərək 6 nəfəri qəddarlıqla güllələyib bu azmış kimi onları diri-diri yandırdılar.
Şəhid xanımın oğlu Elmaz kişi deyir ki, “elə xəbərə eşidən kimi kənd sakinləri ilə hadisə yerinə getdik. Ermənilərin bir neçəsi hadisə yerində idi. Çox qorxurdum ki, mənidə vuracaqlar. Anamın cəsədini apara bilməyəcəm. Amma qismət belə imiş ki, mən bu gün yaşayıram. Anamın cəsədini Qaradağlı kəndinə gətirdim kənd qəbirsanlığında dəfn etdim”.
Qaradağlı kəndi düz 4 il düşmənlə mübarizə apardı və 78 sakini şəhid oldu. 100-dən artıq adam girov götürüldü. Onların yarısı vəhşicəsinə qətlə yetirildi, qalanının aqibəti indiyədək nəməlum olaraq qalır. Girov götürülənlərin içərisində ailənin ortancıl oğlu 2-ci şəhidi Hafiz Axundov da var idi. Hafiz Elmaz oğlu Axundov 10 yanvar 1973-cü ildə Xocavənd rayonunun Qaradağlı kəndində anadan olmuşdur. 1980-cı ildə kənd orta məktəbinin birinci sinifinə getmişdir. 1990-cı ildə orta təhsilini başa vurub Şuşa Kənd Təsərrüfatı Texnikomunun zootexnik ixtisası üzrə əyani şöbəyə daxil olmuşdur. Hafiz doğulub boya-başa çatdığı kəndin vəziyyətinin günü-gündən pisləşdiyini eşidir. O, təhsilini yarımçıq qoyub Qaradağlı kəndinə qayıdır özünümüdafiə dəstəsiə qoşulub kəndin müdafiəsinə qalxır. Valdeyinləri Raya xanim və Elmaz Hafizi torpağa, vətənə məhəbbət ruhunda böyütmüşdülər. O, torpağın hər qarışını əziz bilib Vətəni uğrunda canından və qanından keçməyə həmişə hazır idi. 16 fevral 1992-ci il səhər saatlarında ermənilər artıq kəndin hər tərəfini mühasirəyə aldılar. Qəbirsanlıq tərəfdən kəndə daxil olmuş düşmənlər gözətçi postunda 3 nəfəri vəhşicəsinə qətlə yetirdilər. Həmin vaxtda Hafizdə posta idi və budundan yaralanır.

17 fevral 1992-ci il... Qaradağlı kəndi ermənilər tərəfindən işğal olunaraq yandırıldı. 118 sakindən 66 nəfər əzab və işgəncələrlə öldürüldü. 110 nəfər əsir aparldı. Onların içərisində Hafiz Axundovda var idi. Deyilənlərə görə qocaları Xankəndinə, qadınları Əsgəran rayonuna, cavanları isə bilinmədi erməni qəsbkarları hara apardılar. Artıq o hadisədən 26 il ötüb. Bu günə qədər 19 yaşlı Hafizdən heç bir xəbər yoxdur. Doğmaları hələ də onun yolunu gözləyirlər.
Əslən Xocavənd rayonunun Qaradağlı kəndindən olan Axundovlar ailəsi Vətənə iki səhid veriblər.


Müsahibim şəhid oğlu və şəhid atası Elmaz Yusuv oğlu Axundov xalqı və dövləti ilə fəxr edir:


- Bu günümüzə çox şükür qızım. Biz necə çətin günlər gördük Qaradağlıda. Yaşından aslı olmayaraq nə qədər insan itkisi verdik. Qaradağlı ikinci Xocalını yaşadı. Sağ olsun bizim prezidentimiz İlham Əliyev. Bu gün biz əmin-amanlıq şəraitində yaşayırıq. Biz Qaradağlı kəndındən Ağdam rayonuna qaçqın gəldik. Ağdam işğal olunandan sonra Beyləqan rayonunun xəstəxanasında özümüzə sığınacaq tapdıq və burada 6 il yaşadıq. Həyat yoldaşım xəstələndi. Məndə onu sağaltmaq məqsədi ilə Sumqayıt şəhərinə gətirdim. O, gündən bəri biz Sumqayit şəhərində yaşayırıq. Həyat yoldaşım Raya xanım oğlu dərdinə dözmədi xəstəlik tapdı. Uzun müddət xəstəlikdən əzab çəkdi və 2014-cü ildə vəfat etdi. Ailəmdə bu gün nəvəm 14 yaşlı Hafiz Axundov böyüyür. Oğlumun iyini ondan alıram”. Onu da xatırladım ki, Elmaz Axundov “20yanvar” hadisələri yaralanmış əlil, Qaradağ kəndinin müdafiəsində iştirak etmiş müharibə vetranıdı. 68 yaşlı müharibə vetranı, şəhid ailəsi Axundov Elmaz deyir ki, “Ali baş komandan əmr etsin bu dəqiqidə torpaqlarımızın müdafiə etməyə hazıram. Allah vətən uğrunda canından keçən bütün şəhidlərimizə rəhmət eləsin!

Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!

Yeganə Telmanqızı
“İctimaixeber.com”
Şəhidlər bizim millətimizin iftixarıdır
Şəhidlər bizim millətimizin iftixarıdır