BİZ HAMIMIZ XOCALIDANIQ

Xocalı soyqırımını unutma!

Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. Xocalı faciəsi 200 il ərzində erməni şovinist-millətçiləıri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən soyqırım siyasətinin davamı və ən qanlı səhifəsidir.
1992-ci il fevralın 25dən 26-na kecən gecə saat 22 radələrində. Sərt qış gecəsi... Xocalı şəhərinə 366-cı motoatıcı alayının komanda heyəti və hərbi texnikası ilə birgə hucuma keçmişdir.
Xocalıda baş verənlər xalqımızın yaddaşına əbədilik həkk olundu. O gecə dəhişət yaşadı Xocalı. Elə bir dəhişət ki, hələ yer üzü belə müsibət, belə vəhşilik görməmişdi. Evlərə-eşiklərə od vuruldu, torpaq qana qərq edildi o gecə. Düşmən rəhm diləyən qocaya, xəstəyə, qadına aman vermədi. Uşaqlar valideynlərinin gözləri qarşısında xüsusi qəddarlıqla qətlə yetirilirdilər. Qız-gəlinlər əsir alındılar. Xocalının neçə-neçə qeyrətli oğlu işgəncə ilə öldürüldü. Aramsız güllə yağışından qurtulub ayağı yalın, başı açıq halda meşələrə, dağlara üz tutanların çoxusu yolda dondu. Qar uçqunlarına düşdü. O gecə hara gedəcəyini, kimdən imdad diləyəcəni bilməyən uşaqların doğmalarının meyidləri arasında caş-baş halda vurnuxmalarını göz önünə gətirin... Həmin gecədə Xocalı sakinlərinin üzləşdiyi müsübətləri, vəhşilikləri təsvir etməkdə söz acizdi. Cinayətkar erməni hərbi birləşmələrinin vəhşiliyi nəticəsində 613 nəfər şəhid onlardan 106 nəfəri qadın, 63 nəfəri azyaşlı uşaq idi. 487 nəfər şikəst olmuş, şikəstlərin 76 nəfəri yetkinlik dövrünə çatmamış oğlan və qızlardır. 1275 nəfər dinc sakin-qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağılasığmaz erməni zülümünə, təhqirlərə məruz qalmışdır. 150 nəfərin taleyi hələ də məlum deyildir (68 qadın, 26 uşaq) 8 ailə bütövlükdə məhv edilmiş, 24 uşaq hər iki valdeynlərini, 130 azyaşlı uşaq isə valdeynlərindən birini itirmişdir.

Xocalı faciəsinin acı nəticələrini hamı bilməli və daim yadda qalmalıdır.
Xocalının müdafiəsi zamanı 7 “Azərbaycanın Milli Qəhrəmanı” iştirak etmişdir: Ələsgər Novruzov, Əlif Hacıyev, Allahverdi Bağırov, Tofiq Hüseynov, Aqil Quliyev, İnqilab İsmayılov, Füzuli Rüstəmov. Bakı şəhərində Xocalı qurbanlarının xatirəsinə bir abidə ucalır. Abidə rəmzi məna daşıyır. Bu Vətən rəmzi olan ananın öz övladlarına qarşı sevgisinin bir nümunəsidir.
Hər il fevralın 26-da Azərbaycan xalqı Xocalı soyqırımının qurbanlarının xatirəsini yad edir. Doğma yurdlarından didərgin düşmüş Azərbaycanın 48 rayonuna səpələnmiş Xocalı sakinləri Dağlıq Qarabağ münaqışəsinin ədalətli həllini isdəyir. Ermənistanın Azərbaycana qarşı təcavüzünün dəf edilməsi ölkənin ərazi bütövlüyünün bərpa edilməsi ümüdi ilə yaşayırlar. Xocalı soyqırımının günahkarları, təşkilatçıları layiqli cəzalarını çatmalıdırlar. Cinayət cəzasız qala bilməz. Vaxt gələcək onlar tarixi məhkəmələr qarşısında cavab verməli olacaqlar. Çünki tarix heç nəyi unutmur! Bizdə yaddan çıxartmırıq!
Ona da inanırıq ki, bəlkə bir qış günü, bəlkə də bir bahar səhəri...Amma bir gün Xocalıya qayıdacayıq. O zaman orada şəhid olan, sonra ki, köçkün həyatında dünyasını dəyişən yurd həsrətiylə qovrulan Xocalıların ruhu rahatlıq tapacaq.
Azərbaycan xalqı həmişə şəhid övladlarının əziz xatirəsini yad edir. Xocalı və ərazi bütövlüyü uğrunda şəhid olanlara Allahdan rəhmət diləyirik. Həlak olanların yaxınlarına, doğmalarına, bütün Azərbaycan xalqına bir daha dərin hüzünlə baş sağlığı veririk.


Yeganə Telmanqızı
“İctimaixeber.com”