Nazirlik "yox" cavablarının səbəblərini açıqladı - VİDEO

Birdəfəlik müavinətlə bağlı müraciət edib ,mənfi cavab alanların əksəriyyətinə səbəb kimi mülkiyyətlərində pay torpaqlarının olması göstərilir. Amma buşəxslərin çoxuhəmin pay torpaqlarından istifadə etmədiklərini deyirlər.Dövlət Məşğulluq Xidməti daha hansı hallarda insanlara bu müavinətlərin verilməməsini də aydınlıq gətirib.

Bir dəfəlik 190 manat müavinət adında pay torpağı olan şəxslərə şamil olunmur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Xidmətinin mətbuat katibi Əsmər Nəcməddinqızı Xəzər Xəbər-ə açıqlamasında deyib ki, onlara ən çox ünvanlanan suallardan biridə məhz pay torpaqları ilə bağlıdır.

Əsmər Nəcməddinqızının sözlərinə görə bütün bu proses məşğulluq haqqında qanunla tənzimləndiyinə həyatyanı torpaq sahəsi istisna olmaqlamülkiyyətində pay torpağı, habelə mülkiyyətindəkənd təssərrüfatı təyinatlı torpaq sahələri olduğu halda onlar birdəfəlik müavinətin əhatə dairəsinə düşmürlər. bu icraəyə götürülmüş torpaq sahələri üçün də keçərlidir.

Digər bir məqam isə ailədə yetkinlik yaşına çatmış işsiz olan övladların bu müavinətləri ala bilməsi ilə bağlıdır.Xidmət sözçüsünün sözlərinə 18 yaşından yuxarı işsiz olan bu şəxslər bir dəfəlik maüvinətlərdən faydalana bilərlər.

Əsmər Nəcməddin qızı həmçinin başqa bir sıra məqamlarda vətəndaşlara imtina gəlmə səbəblərini açıqlayıb.

Qeyd edək ki, bu gün daha 10 min işsiz şəxs üçün birdəfəlik ödəmə bank filiallarına və poçt şöbələrinə köçürülüb. Vətəndaşlar müraciət edərkən qeyd etdikləri telefon nömrəsinə bu barədə sms göndəriləcək.Yalnız bu mesajı aldıqdan sonra işsiz şəxslər evdən çıxmaq üçün müvafiq qaydada icazə alaraq, sms-də "azərpoçt" mmc qeyd edilibsə istənilən poçt şöbəsinə, sms-də bank göstərildiyi halda isə həmin bankın istənilən filialına şəxsiyyət vəsiqəsi ilə müraciət edib vəsaitlərini ala bilərlər.