Rektor Nilgünün ölümü ilə bağlı başsağlığı verdi

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov təhsil ocağının Kimya mühəndisliyi ixtisasının III kurs tələbəsi Nilgün Məhərrəmovanın bədbəxt hadisə nəticəsində dünyasını dəyişməsi ilə bağlı başsalığı verib.

İctimaixeber.com xəbər verir ki, E.Qasımov Nilgünün ölümündən sarsıldığını bildirib:

"O, təhsil aldığı müddətdə olduqca nizam-intizamlı tələbələrdən olub, müəllim və tələbə yoldaşlarının hörmət və ehtiramını qazanıb. Onun vaxtsız vəfatından dərindən kədərlənir, Bakı Ali Neft Məktəbinin rəhbərliyi, kollektivi, müəllim və tələbə heyəti adından valideynlərinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin!".

Qeyd edək ki, Nilgün Məhərrəmova bu gün səhər saatlarında Bakının Qaradağ rayonunda ehtiyatsızlıq nəticəsində yaşadığı evin eyvanından yıxılıb. 5-ci mərtəbədən yıxılan Nilgün çatdırıldığı xəstəxanada dünyasını dəyişib.