Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Əkbər Yusifoğlunun təqdimatında "Qanun və İcra" verlişi

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Respublikamızın tanınmış vəkili Əkbər Yusifoğlunun təqdimatında "Qanun və İcra" verlışıni 25 aprel tarixində həftənin şənbə günü saat 14:30-da canlı yayımda, verlişin təkrarı isə bazar günü saat 14:30-da "Dünya TV"-nin efirində nümayiş etdiriləcək.
Bu dəfə "Qanun və İcra" verlışındə milli Konstitusiyamızın 27-ci və 28-ci maddələrində təsbit olunmuş Yaşamaq və Azadlıq hüququ, habelə İnzibati Xətalar Məcəlləsinin 563 – 569-cu maddələrini əhatə edən bir çox əsas insan və vətəndaş hüquqlarının pozulması ilə bağlı inzibati xətalar (olduğu yer və yaşayış yeri üzrə qeydiyyat, şəxsiyyət vəsiqsi, ölkədən getmək və ölkəyə gəlmək və s.), həmçinin Mülki Məcəllənin 27-ci (Fiziki şəxsin yaşayış yeri) maddəsi üzrə qanunvericiliyin mahiyyəti açıqlanacaq, bu mövzuda tamaşaçılarımızın sualları cavablandırılacaqdır.
Tamaşaçılarımızı bu mövzu barədə maarifləndirmək və onların verlişə ünvanladıqları sualları cavablandırmaq üçün verlişimizə qonaqlar dəvət etmişik:

1. Hacı Surxay Məmmədli – İçərişəhər “Cümə” məscidinin axundu, ilahiyyat elmləri doktoru, professor.

2. Ülviyyə Murtuzova – Yeni Nəsil Innovativ və Sosial Dəstək İctimai birliyin sədri və Kitabxana.net kitab portalının idarə heyyətinin üzvü.


3. Şahin Məmmədov – Tanınmış hüquqşünas – ekspert.


Yeganə Telmanqızı
“İctimaixeber.com”