“Azərbaycanın xilaskarı” adlı rəsm müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimi oldu

Yasamal rayon Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə keçirilən “Azərbaycanın xilaskarı” adlı rəsm müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimi oldu

İyunun 3-də Yasamal rayon Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə keçirilən “Azərbaycanın xilaskarı” adlı rəsm müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimi oldu.
Yasamal rayon Heydər Əliyev Mərkəzinin direktoru Naminə Ömərova çıxış edərək bildirdi ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə hər il keçirilən rəsm müsabiqəsi bu il “Covid-19” infeksiyası ilə bağlı tətbiq olunan sosial izolyasiya tədbirləri ilə əlaqədar olaraq, Mərkəzin facebook səhifəsində onlayn səsvermə əsasında keçirildi.
Sonra isə Mərkəzin direktoru Naminə Ömərova Azərbaycan Rəssamlar ittifaqının üzvləri, rəssam, sərgi-tədbir təşkilatçıları Elnurə və Aygün İsgəndərovalara və müsabiqənin qaliblərinə diplomlar, müsabiqə iştirakçılarına isə təşəkkürnamə təqdim etdi, onlara gələcək işlərində uğurlar arzuladı.

Mükafatlandırma mərasimi Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təqdim olunan zəruri sosial davranış və sanitar -epidemioloji qaydalara tam riayət olunaraq keçirildi.

Sonda Mərkəzin əməkdaşı qonaqlara ulu öndər Heydər Əliyevin zəngin həyat yolu və çoxşaxəli fəaliyyəti haqqında ətraflı məlumat verdi.


Yeganə Telmanqızı
“İctimaixeber.com”


“Azərbaycanın xilaskarı” adlı rəsm müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimi oldu
“Azərbaycanın xilaskarı” adlı rəsm müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimi oldu

“Azərbaycanın xilaskarı” adlı rəsm müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimi oldu