Oksigen balonuna qoşulmuş şəhid oğlu, müharibə əlili: “Ümid sizədir” - Video

Oksigen balonuna qoşulmuş şəhid oğlu, müharibə əlili: “Ümid sizədir” - Video
Belə də olur...İnsanın əvvəldən taleyi gətimirsə, axıra qədər bədbəxtlik hərtərəfli bürüyür. Amma ümid sonda ölür deyirlərmiş.

Tərtərin Təzəkənd sakini olan şəhid oğlu, özü müharibə əlili Elxan Mehdiyevin də ümidi qırılmayıb. O, inanır ki, qəfil bir gecə gün doğacaq, qaranlıqlar işıqlanacaq.

Cahan.info-nun müxbir heyəti Mehdiyevlər ailəsindən çəkiliş edib, onların üzləşdiyi ağır problemi xalqa və dövlətə çatdırmaq qərarı verib.

Elxanın atası Qarabağ uğrunda döyüşlərdə şəhid olub. Özü isə müharibə əlilidir, 2004-cü ildə xəstəliyə tutulub, bronxitdir, aparata qoşulub, oksigen balonu ilə yaşayır.

“Biz bu xalq uğrunda canımızı vermişik. Atam vətən üçün özünü fəda etdi, mənsə yarımcan olmuşam. İndi aparat olmasa yaşaya bilmərəm. Nə yeriyə bilirəm, nə gəzirəm. Ancaq otururam. Mənim müalicəm yalnız Türkiyədədir”, - deyə müharibə əlili bildirib.