TƏCİLİ: İcra başçısı Qusarda xristian əsgərlərinin məzarlarını dağıtdırdı - Rus və Alman səfirləri hərəkətə keçə bilər

TƏCİLİ: İcra başçısı Qusarda xristian əsgərlərinin məzarlarını dağıtdırdı - Rus və Alman səfirləri hərəkətə keçə bilər
Qusar RİHB-sı Şair Alxasov Qusarda mövcud xristian məzarlığını dağıtdıraraq, " Vandallıq " etməklə, həmin məzarlıq ərazisində kommersiya təyinatlı obyektlərin tikintisinə sərəncam vermişdir. İcra başçısnın belə dözülməz hərəkəti insanlığa və dünavi ölkəmizə ən böyük zərbədir. Mən Qusar sakini kimi Rusiya və Alman səfirlərini rayonumuza dəvət edirəm. Onlar Qusara gəlib görsünlər ki, İcra başçısı Rusiya və Alman əsgərlərinin dəfn edilmiş məzarında açıq - aşkar vandalizimlə məşğuldur. Belə bir iddia ilə Paytaxt.org -a Qusar şəhər sakini, 2-ci grup əlil, Ağamirzəyev Hacımirzə Ağamirzə oğlu müraciət ünvanlayıb. Həmin müraciəti olduğu kimi təqdim edirik:

Azərbaycan Respublikasının Prezdenti İlham Əliyevə
Qusar şəhəri, Hacıməhəmməd küçəsi, 10 saylı evdə yaşayan, 14.04.1956-cı ildə anadan olmuş, ali təhsilli, 2-ci grup əlil, Ağamirzəyev Hacımirzə Ağamirzə oğlu tərəfindən
MÜ R A C İ Ə T
Hörmətli cənab prezdent !

İkinci Dünya müharibəsi vaxtı Sovet ordusu tərəfindən əsir götürülmüş minlərlə, milyonlarla alman əsirləri Sovet İttifaqı ərazilərində məcburi, nəzarət edilməklə tikinti işlərinə cəlb edilərək, dünyasını dəyişdikdən sonra, həmin ərazilərdə dəfn edilmişdir. O cümlədən, yüzlərlə alman əsirlərin əməyindən Respublikamızın Sumqayıt, digər şəhərlərində istifadə edilmişdir.

Sumqayıt şəhərində də, alman əsirlərin əməyindən istifadə edilməklə, həmin ərazidə 311 alman əsiri dəfn edilmiş məzarlığı mövcuddur.
Həmin məzarlıq hal-hazıra qədər Sumqayıt İcra Hakimiyyətinin rəhbərliyi altında qorunur və məzarlıqlara xidmət göstərilir.

Alman səfirliyin əməkdaşları , Respublikamıza gələn almanlar həmin məzarlığı ziyarət edərək, dünyasını dəyişmiş almanların qəbirlərinə Dövlət səviyyəsində xidmət və qayğı göstərildiyi üçün, almanlar Sumqayıt Şəhər İcra Hakimiyyətin rəhbərliyinə öz minnətdarlığını bildirmişdir.

Milyonlarla Sovet əsgərləri, mülki vətəndaşları, uşaqları alman faşistləri tərəfindən qətlə yetirilməsinə baxmayaraq, onların məzarları qorunmaqla, məzarlara Dövlət səviyyəsində xidmət - qayğı göstərilməklə, müasir Almaniya Dövləti ilə hərtərəfli, siyasi, iqtisadi, ticarət əlaqələri genişləndirilməklə, şəhərlərimizin dostluq-qardaşlıq əlaqələri get-gedə inkişaf etməkdədir.

Cənab prezdent !

" Şabalıd " parkı adlı məzarlq bu yaxınlara qədər, Qusar RİHB-sı Şair Alxasov cənabları Qusar rayonuna icra başçı təyin olunana qədər mövcud olmuşdur. Şair Alxasov icra başçı təyin edilənə qədər heç bir rayon rəhbəri həmin ərazini satmamış, həmin məzarlıq ərazisində qiymətli şabalıd, şam, küknar ağacları əkilmələ, məzarlıq ərazisinin qorunub saxlanılması üçün qanunamüvafiq tapşırıqlar vermişdir.

Qusar RİHB-sı Şair Alxasov həmin məzarlıq ərazisindəki qiymətli ağacları qırdıraraq, küli miqdarda vəsait əldə edərək, öz biznesinin həcminin genişləndirilməsi məqsədilə həmin məzarlığın torpaq sahəsini vəzifəli şəxslərə satılmasına və həmin məzarlıqda tikinti işlərin aparılmasına razılıq vermişdir.

Qusar RİHB-sı həmin məzarlığın bir hissəsini, İH - in 1-ci müavini Elman Mustafayevə satmaqla, həmin məzarlıqda avtoyuma, mağaza, restoran, digər təyinatlı kommersiya obyektlərin tikintisinə icazə vermiş, bir hissəsində 2 mərtəbəli çayxana-restoran tikilmiş, qalan məzarlıq torpaqlarını da, naməlum vəzifəli şəxslərə sataraq, həmin ərazidə kommersiya təyinatlı obyektlərin tikintisi davam etdirilir. Qusar şəhəri ərazisində mövcud olmuş, hal-hazırda dağıdılaraq, kommersiya obyektləri tikilən məzarlıqda Qusar ərazisində mövcud olmuş " Şirvan " adlı Rus İmperator ordusunda xidmət edərkən dünyasını dəyişmiş əsgər, zabit və generalları dən edilmiş məzarlıq ərazisidir.

Tikinti vaxtı bütün məzar qalıqları, məzar daşları böyük tutumlu avtomaşınlara yüklənməkə camaatı gediş-gəliş yolu olan Qusar çayın kənarına daşıtdırılmaqla tullanaraq torpaqla örtülmüşdür. Bütün bunları Qusar şəhərində yaşadığım üçün, həmin məzarlıq yaşayış evimizə yaxın olduğu üçün görməyə və şahidi olmağa müvəffəq olmuşam.

Yuxarıda qeyd etdiklərimi təsdiqləmək məqsədilə həmin məzarlıqda mövcud olan qəbir daşların şəkillərini də telefonumun yaddaşına köçürə bilmişəm. Demək olar ki, Qusar RİHB-sı Şair Alxasov dağıtmağı, zəbt etməyi öz həyat amalına çevirməklə, xristian məzarlıqlığını zəbt etməkə, " V A N D A L " hərəkəti törətməklə, Qusar RAYONUNA İCRA BAŞÇI TƏYİN EDİLƏNDƏN SONRA, RAYONDA YEGANƏ TƏBİİ İSTİRAHƏT PARKI SAYILAN N. NƏRİMANOV PARKINDA MÖVCUD UZUN ÖMÜRLU, QİYMƏTLİ AĞACLARI KƏSDİRƏRƏK, ÖZÜNƏ MƏXSUS RESTORANIN TORPAQ SAHƏSİNİ GENİŞLƏNDİRMİŞ, evimizə yaxın uşaq-əyləncə, istirahət parkını müəyən hissəsini İH-in 1-ci müavini Şahid Fərəməzova satmaqla, Şahid Şərəməzov həmin park ərazisində öz qızına 2 mərtəbəli yaşayış ev, qalan torpaq sahəsi naməlum vəzifəli şəxsə satılaraq 2 mərtəbəli yaşayış evi tikilmiş, rayonda mövcud meşə fondunun torpaq sahələrini, təhsil müəssisələril, digər strateji torpaq sahələrini, obyektləri, şübhə doğuran sənədlər əsasında özünə yaxın, qohum-əqrabaların adlarına özəlləşdirməklə, qanunazid hərəkətlərlə məşğul olmaqla, ancaq və ancaq öz biznesin həcmini genişləndirilməsi ilə məşğul olmaqdadır.

Hörmətli cənab prezdent !

Qusar rayonunda qanunsuz hərəkətlərlə məşğul olaraq zənginləşmiş, məzarlıqları dağıtmaqla VANDALLIQ edən, Prezdentin ehtiyat fondundan ünvanlı olaraq Qusar rayonuna buraxılmış milyonlarla Dövlət vəsaitini səmərəli xərcləməyərək, hətta, yeyinti hallarına göz yummuş, Qusar RİHB-sı Şair Alxasovun hərəkətlərinə hüquqi qiymət verilməklə, fəaliyyətin audit olunmasına sərəncam verilməklə, qanunsuz əldə etdiyi milyonlarla vəsaitin Dövlət büdcəsinə mədaxil edilməsi üçün aidiyyatı üzrə sərəncam verməyinizi Sizdən dönə-dönə xahiş edirəm.

Surəti Azərbaycan Respublikasının prezdent aparatına və paytaxt.org-a göndərilir,

Qeyd : məzarlıqda mövcud qəbir daşların fotoşəkilləri:
TƏCİLİ: İcra başçısı Qusarda xristian əsgərlərinin məzarlarını dağıtdırdı - Rus və Alman səfirləri hərəkətə keçə bilər
TƏCİLİ: İcra başçısı Qusarda xristian əsgərlərinin məzarlarını dağıtdırdı - Rus və Alman səfirləri hərəkətə keçə bilər