Canlı yayında iqtidar-müxalifət dartışması - sabiq deputat Gülər Əhmədova ilə VİP sədri Əli Əliyev qarşı-qarşıya

Canlı yayında iqtidar-müxalifət dartışması - sabiq deputat Gülər Əhmədova ilə VİP sədri Əli Əliyev qarşı-qarşıya
Musavat.com saytının Facebook səhifəsindəki canlı yayınında bu dəfə iqtidar-müxalifət debatı olacaq. Sabiq deputat Gülər Əhmədova ilə Vətəndaş İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev qarşı-qarşıya gələcək. "Diqlas" ticarət mərkəzində baş verən yanğın, prezident İlham Əliyevin verdiyi son əfv fərmanı, vəd edilən səhiyyə, təhsil islahatları, sabiq səhiyyə naziri Əli İnsanovun azadlığa çıxmasından sonra atdığı addımlar, verdiyi açıqlamaların əks-sədası müzakirə olunacaq.

Bu gün saat 13.00-də başlanacaq verilişə siz də öz mövqe və suallarınızla qatılın, mövzunun detalları ilə tanış olun.

Bir saat boyunca davam edəcək canlı yayın zamanı saytımızın və Facebook səhifəmizin izləyiciləri də müzakirələrdə aktiv iştirak edə bilərlər.