Heydər Quliyevin vəkili Qaradağ RPİ İstintaq şöbəsinin müstəntiqini qərəzli hesab edir - AÇIQLAMA

Heydər Quliyevin  vəkili Qaradağ RPİ İstintaq şöbəsinin  müstəntiqini qərəzli hesab edir  - AÇIQLAMAQaradağ RPİ İstintaq Şöbəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib məhkəməyə verilmiş Bərdə rayon Kətəlparaq kənd sakini Quliyev Heydər Qasım oğlunun başına gətirilənlərlə bağlı yeni nüanslar ortaya çıxıb.. Əvvəlcə Heydər Quliyevin nədə ittiham olunduğu haqda:

Öncədən qeyd edim ki, Quliyev Heydər Qasım oğlu Azərbaycan Respublikası CM-nin 263.3 və 264-cü maddələri ilə ittiham edilərək məhkəmə məsuliyyətinə verilmişdir ondan ötrü ki, o yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq iki və daha çox şəxsin ölümünə səbəb olan cinayət əməlini törətməklə hadisə yerində qaçmışdır.

Belə ki, o, 05 dekabr 2017-ci il tarixdə saat 18 radələrində idarə etdiyi özünə məxsus texniki cəhətdən saz vəziyyətdə olan «Mersedes Benz Atego» markalı 99 - ES - 746 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Lökbatan- Xocasən yolunun Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisindən keçən 9-cu kilometrində, Xocasən qəsəbəsi istiqamətindən Lökbatan qəsəbəsi istiqamətinə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmuş, yəni sürücü Heydər Quliyev hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, bu qaydalara əməl etməmiş, mövcud şəraitdə idarə etdiyi «Mersedes Benz Atego» markalı avtomobilin qabaq sol hissəsi ilə qarşıdan əks hərəkət zolağı ilə hərəkətdə olan və ötmə əməliyyatı edərək, onun hərəkət zolağına çıxıb, yenidən öz hərəkət zolağına istiqamətlənmiş sürücü Hüseynov Sakit Nuru oğlunun idarə etdiyi «Mersedes Benz 190» markalı 99-MB-195 dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol hissəsi toqquşmuş, nəticədə ehtiyatsızlıqdan «Mersedes Benz 190» markalı avtomobildə olan səmişinlər Hüseynova Telnaz Şiraslan qızının ölümünə səbəb olan, dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid sol gicgah sümüyünün kəllə əsasəna keçən sınıqları, beyin toxumasına, beyin mədəciklərinə, beynin yumşaq qişasına qansızmalar, sol çənə sümüklərinin, sol baldır və sağ bud sümüklərinin sınıqları xəsarətlərinin, Hüseynova Selcan Vüqar qızının ölümünə səbəb olan, dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid sol alın və gicgah sümüklərinin kəllə əsasına keçən sınıqları, baş beyin qişansına və mədəciklərinə qansızmalar, sol alt çənə sümüyünün sınığı, sol mil-bilək nahiyəsinin açıq, sol baldır sümüyünün qapalı sınıqları, alının sol yarısında sol gicgah nahiyəsində, sol çənə oynağı nahiyəsinə doğru geniş həcmli hematoma, sol mil-bilək nahiyəsinin və sol baldırının orta 1/3-nin iç səthinin cırılmış yaraları xəsarətlərinin, Hüseynova Cənnət İntamiz qızının ölümünə səbəb olan dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid beyin toxumasının hissəvi əzilib- dağılması (evakuasiyası), sağda alın-gicgah-təpə sümüklərinin kəllə əsasına keçən qəlpəli sınıqları xəsarətlərinin, Kərimova Samirə Sakit qızının ölümünə səbəb olan, dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid sol alın-gicgah sümüklərinin kəllə əsasına keçən sınıqları, beyin toxumasına, qişasına qansızmalar, döş sümüyünün və solda 4-5-6-7-8 qabırğaların sınıqları, sol baldırın yuxarı 1/3-nin qapalı sınıqları xəsarətlərinin və «Mersedes Benz 190» markalı 99-MB-195 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Hüseynov Sakit Nuru oğlunun ölümünə səbəb olan, dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid sol alın- gicgah sümüklərinin açıq, qəlpəli kəllə əsasına keçən mürəkkəb sınıqları, baş beyin qişasına və mədəciklərinə qansızmalar, qabırğaların çoxsaylı sınıqları, sol ağ ciyərin cırılması, sol baldır və bud sümüklərinin açıq, sağ baldırın qapalı sınığları xəsarətlərinin yetirilməsinə, habelə mərhum Hüseynova Telnaz Şiraslan qızına məxsus «Mersedes Benz 190» markalı 99-MB-195 dövlət qeydiyyat nişanlı minik avtomobilinə 5.500 manat ziyan vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsini törətməklə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozub baş vermiş hadisədən sonra müvafıq orqanlara xəbər vermədən və xəsarət alan şəxslərə köməklik göstərmədən hadisə yerindən qaçmışdır.

Bununla da, Quliyev Heydər Qasım oğlu Azərbaycan Respublikası CM-nin 263.3. və 264-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir.

Sözün düzü bu işin halları mənə çox qəribə və maraqlı gəldi. İlk öncə maraqlı olan elə Heydər Quliyevin iş üzrə dördüncü - sonuncu müstəntiqə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi oldu. Həmin ifadədən aydın deyil kim-kimi ittiham edir», müstəntiq təqsirləndirilən şəxsi, yoxsa təqsirləndirilən şəxs müstəntiqi. Bir anlıq fıkirləşdikdə ki, təqsirləndirilən şəxs haqlıdır, onda belə aparılan istintaqdan adamın başında tüklər biz-biz durur.