Gəncədə baş verən qətlin ibtidai istintaqı tamamlanıb

Gəncədə baş verən qətlin ibtidai istintaqı tamamlanıb

24 mart 2022-ci il tarixdə Gəncə şəhər sakini, 1991-ci il təvəllüdlü Abbas Əliyevin öldürülməsi faktı ilə bağlı başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

Gəncə şəhər prokurorluğundan Trend-ə bildirilib ki, istintaqla zərəçəkmişin tanışı, 2001-ci il təvəllüdlü Emil Quliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Abbas Əliyevə xəsarət yetirməsi nəticəsində sonuncunun aldığı xəsarətdən xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.
İş üzrə toplanmış sübutlar əsasında Emil Quliyevə Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.