Azərbaycanlı futbolçu "Spartak"da ilk qolunu vurdu

Azərbaycanlı futbolçu "Spartak"da ilk qolunu vurduRusiya Premyer Liqasında XXIV turun oyunları keçirilib.

Ictimaixeber.com xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin çıxış etdiyi Moskva "Spartak"ı "Yenisey"i qəbul edib.

Oyun paytaxt klubunun 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Ayaz Quliyev start heyətində meydana çıxıb. 21-ci dəqiqədə sarı vərəqə alan azərbaycanlı futbolçu 83-cü dəqiqədə komandasının ikinci qoluna imza atıb.

Bu qış fasiləsində "Rostov"dan "Spartak"a transfer olunan Ayaz Quliyevin yeni komandasında ilk qolu olub. Azərbaycan əsilli yarımmüdafiəçi Premyer Liqada 5, kubokda 1 oyun keçirib. O, mövsümün ilk yarısında "Rostov"un heyətində 15 oyun keçirərək bir qola imza atıb.