Azərbaycan Kikboksinq Fedarasiyasından növbəti möhtəşəm yarışı.

27.04.2019-cı il tarıxındə AZƏRBAYCAN kikboksinq federasiyasının 25- cı böyüklər və kadetlər arası çempionatının açılış mərasimi oldu.
İctimaixəbər.com xəbər verir ki, tədbirdə Fəxri qonaglar da iştirak ediridilər. AKF-nin prezidenti Adil Əliyev yarışı açıq elan etdi. Açılışda öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Sonra federasiyanın prezidenti Adil Əliyev çıxış etdi: " Əziz qonaqlar, valideynlər, dostlar... saxta kulublarada uşaglarınızı məşqlərə göndərməyin, saxta müəllimlərin yanına gondərmiyin övladlarınızı... bizim federasiyamız İdman və gənclər nazirliyi ilə sıx əməkdaşlıq edir. Övladlarınız əsl yarış görmək istəyirlərsə, gəlsinlər federasiyamı- zın yarışdarına baxsınlar. Dünya Kikboksinq Federasiyası vahid bir federasiyadır. Uşaqlar hər cürə şəraiti olan zallarda məşq edib çempion olmağa daha da ruhlanacaqlar. Bu gün siz azad, müstəqil dövlətin vətəndaşlarısınız. Günü-gündən abadlaşan, gözəlləşən Respublikamızda siz idmançılar üçün belə səviyyəli idman zalları açılır. Biz hal-hazırda müharibə olan bir ölkədə yaşayırıq. Torpaqlarımızın 20 faizi düşmən tapdağı altındadır. Bizim ən böyük silahımız ağlımız, savadımız və gücümüzdür. Gənclərimizi gecə kulblarından, qəlyanxanalardan uzaq tutmalıyıq, kitabxanalara, idman zallarına cəlb etməliyik. Azərbaycan ordusuna güclü əsgər yetişdirməliyik Azərbaycanda çox saylı federasiyalar var ki, onlar bizim kimi kütləviliyi təmin etməyi bacarmayıblar və biz bundan sonra çalışacayiq ki, keyfiyyət, kəmiyyət üzərində fəaliyyətimizi davam etdirək. Bilirsiniz ki, bu gün Ali Baş Komadanın, ölkə prezidentinin bir başa nəzarət çərçivəsi Azərbaycan ordusuna sağlam əsgər yetişdirməkdir. Ona gorə də, biz kütləviliyi bundan sonra da davam etirəcəyik, eyni zamanda keyfiyyət və kəmiyyətə də diqqət yetirəcəyik. Artıq bilirsiniz ki, AKF saxta tədbir, yarış və çempionatların keçirilməsinin də qarşısın almağı bacarmışdır. Çox böyük çətinliklərlə də olsa, biz bunu bacardıq.Saxta insanlara qarşı mübarizə aparmışıq və artıq biz sizlərlə birlikdə həm AKF, həm də olimpiada idman növlərini də yüksək səviyyədə təşkil olunmasına nail olmuşuq. Çünki federasiyamızın xəbəri olmadan hər hansı qeyri-yarışlarda iştirak qadağan edilmişdir. Bəli, əvvəllər biz buna3 icazə verirdik, indi də icazə veririk. İdmançılarımızın daha çoxsaylı yarışlarda iştirakı üçün bu çox vacibdir, ancaq idmaçılarımız bu saxta yarışlarda iştirak etməklə özlərini sanki o böyük WAKO-nu, bizim təmsil olduğumuz Dünya Kikboksinq Federasıyasının nəzdində keçirilmiş yarışlardan kənarda qoyur. Özləri heç bir iş görməyən, qabiliyyəti olmayanlar bugün dövlətimizə qarşı müəyyən qarayaxma kompaniyalar aparırlar. Əgər həmin insanlardan kimsə varsa şəxsən onları görüşə dəvət edirəm. Kiminsə narazılığı varsa, ilk növbədə özündən hesab sormalıdır. Özündən soruşmalıdır ki, mən nəyə qadirəm, hansı savadın, gücün sahibiyəm? Ondan sonra öz dövlətindən, rəhbərindən nəsə tələb edə bilər. Onları gecə klublarından, qəlyanxanalardan uzaq tutmalıyıq, kitabxanalara, idman zallarına cəlb etməliyik. Azərbaycan ordusuna güclü əsgər yetişdirməliyik.

Sonda Adil Əliyev Elnur Aliyev Yeniyetməler arasi Milli yığma komandanın baş məşqçisi Famil İsmayılovu Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman işçisi mükafatına Müşfiq Məmmədov Azərbaycan Respublikasının Idman ustasi adina layiq görülüblər və digər idmaçılara mükafatlar təqdim edib.
Nuranə Abdullayeva

Azərbaycan Kikboksinq Fedarasiyasından növbəti möhtəşəm yarışı.
Azərbaycan Kikboksinq Fedarasiyasından növbəti möhtəşəm yarışı.
Azərbaycan Kikboksinq Fedarasiyasından növbəti möhtəşəm yarışı.
Azərbaycan Kikboksinq Fedarasiyasından növbəti möhtəşəm yarışı.
Azərbaycan Kikboksinq Fedarasiyasından növbəti möhtəşəm yarışı.
Azərbaycan Kikboksinq Fedarasiyasından növbəti möhtəşəm yarışı.