19 yaşlı futbolçu 70 milyona transfer olunur

19 yaşlı futbolçu 70 milyona transfer olunurBu mövsüm oyunu ilə diqqətləri üzərinə çəkən "Ayaks"ın futbolçusu Mattis de Liqt transferi ilə bağlı açıqlama verib.

Ictimaixeber.com xəbər verir ki, əksər Avropa nəhənglərinin maraq dairəsində olan 19 yaşlı futbolçu "Liverpul"da oynamaq istədiyini dilə gətirib.

Gənc futbolçu 84.5 milyon milyon avroya "Liverpul"a transfer olunmuş həmyerlisi Virgil van Diyklə bir komandada oynamaq isətədiyini bildirib: "Bu səbəbdən "Liverpul"a keçməyim mümkündü. Onunla birlikdə oynamaq mənim xeyirimə olar. Təcrübəli oyunçudu və ondan çox şey öyərənə bilərəm. Amma bu dəqiqə bütün diqqətimi "Ayaks"a yönəltmişəm".

İngiltərə mediasının məlumatına görə, Mattis de Liqtin "Liverpul"a keçmək ehtimalı böyükdü. Premyer Liqa klubu hazırda futbolçunun özü və klubu ilə danışıqlar aparır. "Ayaks"ın 19 yaşlı mərkəz müdafiəçisi üçün 70 milyon avro tələb etdiyi bildirilir.

Qeyd edək ki, Mattis de Liqt cari mövsümdə oynadığı 53 oyunda 7 qol vurub və 4 məhsuldar ötürəm edib.